Samvel Babayan uğursuz planını etiraf etdi 1300-ə qədər itki!

Quldur “dqr” rejiminin sabiq “təhlükəsizlik şurasının” katibi Samvel Babayan etiraf edib ki, Ermənistanın 2020-ci ilin payızında Lələ-Təpə yüksəkliyinin yenidən ələ keçirilməsi üçün hazırlanan əməliyyatın uğursuz planı ona məxsus olub.

SİA xəbər verir ki, bu barədə Caucasian_bureau teleqram kanalı yazır.

“Bu əməliyyatın nəticəsində erməni tərəfi bir neçə tank və yüzlərlə əsgər itirib. Bir sıra məlumatlara görə isə 1300-ə qədər hərbçi öldürülüb. Azərbaycan tərəfi isə sona qədər mübarizə apararaq yüksəkliyi qorumağa müvəffəq olub”, deyə məlumatda qeyd olunur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə