“Şərəfini itirən şəxsdən şərəf tələb etmək olmaz” Vanesyan Paşinyana ünvanlandı

Rodina partiyasının lideri Artur Vanesyan baş nazir Nikol Paşinyan və mətbuat katibi Mane Qevorqyana qarşı iddiasını geri götürüb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Məhkəmə İnformasiya Sistemi məlumat yayıb.

Hakim Lilit Sarkisyanın sədrliyi ilə keçirilən məhkəmə Artur Vanesyanın Nikol Paşinyan və onun mətbuat katibinə qarşı iddiaların rədd edilməsinə qərar verib. Qeyd etmək lazımdır ki, iddiaçı nümayəndələri göstərdikləri yazılı bir ifadə təqdim ediblər.

“Ermənistanda baş verən proseslərin fonunda, Nikol Paşinyanın siyasəti nəticəsində Ermənistan utanc verici bir məğlubiyyətə uğrayıb. Nikol Paşinyan 9 noyabr 2020-ci ildə Ermənistan Respublikasına xəyanət edib və bütünlüklə xəyanətini təsdiqləyən təslim sənədini imzalayıb. Erməni xalqı üçün, mənəvi baxımdan öz namusunu itirmiş bir insandan şərəf tələb etməsi son dərəcə çətindir”, deyə Artur Vanesyan bildirib.

Yuxarıda göstərilənlərə əsaslanaraq, Mülki Prosessual Məcəllənin 32, 48 və 149-cu maddələrinə uyğun olaraq iddiaçı Artur Vanesyan Nikol Vovaeviç Paşinyana qarşı iddiaları rədd edib.

Xatırladaq ki, Ermənistan tərəfinin təxribatlarının nəticəsi olaraq 27 sentyabr tarixində yenidən başlayan və 44 gün davam edən müharibənin məntiqi nəticəsi, Ermənistanın rüsvayçı məğlubiyyəti fonunda, erməni baş nazir Nikol Paşinyan kapitulyasiya, təslim sənədini imzalamaq məcburiyyətində qalıb və həmin dövrdən etibarən o, bir xain kimi erməni cəmiyyətinin, xüsusən, erməni müxalifətinin hədəfinə çevrilib. Demək olar ki, ermənilərin böyük əksəriyyəti Paşinyanı xayanətkarlıqda ittiham edir, onu şərəfini itirən biri kimi görürlər və Rodina partiyasının lideri Vanesyanın da belə bir yanaşması heç də qeyri-adi səslənmir ermənilər üçün.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə