"Putin sizdən qorxmur!" İngilislər Baydenə

"Putin sizdən qorxmur!" İngilislər Baydenə

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdikdən sonra ABŞ prezidenti Co Bayden tənqidə məruz qalıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, “Daily Mail”-in oxucuları ABŞ prezidentini tənqid ediblər.

"Bayden özünü on Rus diplomatını qovan super adam hesab edir. Nə axmaqdır!", deyə oxuculardan biri yazıb.
Başqa bir şərhçi qeyd edib ki, Amerika lideri keçmiş prezident Donald Trampa "hər şeyə baxmayaraq" hücum etməyə çalışır, digərləri isə belə bir vəziyyətin ABŞ-ın keçmiş başçısının dövründə olmadığını düşünürlər.
"Bütün bunlar xaosa səbəb olur və bizi müharibələrə, aclığa, işsizliyə və anarxiyaya aparacaq", deyə oxucular narazılıqlarını ifadə ediblər.

Əksər istifadəçi "Baydeni Ağ Evdən qovma" çağırışı edir. Bəzi istifadəçilər isə ABŞ-ın Demokrat Partiyasının verdiyi ziyana görə peşmançılıq ifadə ediblər və "bütün azad dünya"dan üzr istədiklərini bildiriblər.

"Rusiyanı sanksiyalarla boğmaq istəyirsinizmi? Bu ölkənin 600 milyard dollarlıq qızıl-valyuta ehtiyatı var. Dünyanın ən böyük təbii ehtiyatlarına sahib bir ölkədir", deyə başqa bir şərhçi bəyan edib.

Xatırladaq ki, ABŞ seçki ərəfəsində "Moskvanın 2020 seçkilərinə müdaxiləsi", "kiberhücumlar" və Krımla bağlı vəziyyətə görə Rusiyaya qarşı növbəti sanksiya paketini elan edib. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiya kursunun iki ölkə xalqlarının maraqlarına cavab vermədiyini söyləyib və əks tədbirlər hazırlayacağına söz verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə