Ketrin Eşton: “Biz ötən həftə Dağlıq Qarabağda ölümlə nəticələnən insidentlərdən narahatıq”
"Biz Gürcüstanda baş verən insidentlərdən, həmçinin ötən həftə Dağlıq Qarabağda ölümlə nəticələnən insidentlərdən narahatıq". SİA-nın Avropa İttifaqının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton Avropa İttifaqının Xarici Məsələlər Şurasında Cənubi Qafqaz mövzusunda müzakirələr zamanı deyib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun iki hərbçisi şəhid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB