ABŞ yeni sanksiyalar tətbiq etmək niyyətindədir Rusiyaya qarşı

Ağ Ev Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır və bu, Rusiyanın suveren borcuna qarşı yönəldiləcəyi ehtimal edilir. SİA xəbər verir ki, bu barədə “New York Times” qəzeti öz mənbələrindən əldə etdiyi məlumatlara istinadən məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl Bloomberg, ABŞ-ın təxminən 12 Rusiya vətəndaşı və 20 quruma qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyini öyrənib. Üstəlik, Moskvanın SolarWinds vasitəsilə edilən seçki müdaxiləsi və kiberhücumları səbəbindən 10 diplomat ölkədən qovulacaq. Nəşrin həmsöhbətləri Amerika hakimiyyətinin bu tədbirləri cümə axşamı elan edəcəyinə əmindir.

“Wall Street Journal”-ın əməkdaşları isə, Amerika hökumətinin Rusiya hökumət borcu olan ticarət əməliyyatlarındakı qadağaların genişləndirilməsinə ABŞ prezidenti Co Baydenin əmr verdiyini söyləyiblər.
Xatırladaq ki, keçən ilin dekabrında ABŞ kütləvi bir kiberhücumdan danışmağa başlayıb. Hakerlərin “SolarWinds”-in “Orion” proqram təminatındakı bir zəifliyindən istifadə etdikləri, müştərilərinin çox sayda Amerika departamenti, yəni ölkənin Ədliyyə Departamenti, Dövlət Departamenti və 400-dən çox iri firma olduğu güman edilirdi. Amerika kəşfiyyat xidmətləri bu hücumu kəşfiyyat məlumatlarını tapmaq və Rusiyanı bu işdə iştirak etməkdə günahlandırmaq cəhdi hesab edib. Lakin sonradan ABŞ hücumun təşkilatçılarının həssas məlumatlar əldə etmədikləri etiraf edilib.

Öz növbəsində ABŞ Prezidenti Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Ağ Evin bu hücuma cavab olaraq fərqli üsullara müraciət edə biləcəyini, yalnız sanksiyalar deyil, həm də "görünən və görünməyən" vasitələr kimi izah edib. “New York Times”, ABŞ-ın Rus sistemlərinə dövlət rəhbərliyi, kəşfiyyat və ordu yanında xarici dünyaya da məlum olacaq "gizli əks hücumlar" etməyi planlaşdırdığını da iddia edib.

Amerika lideri “ABC News”-a verdiyi müsahibədə rusiyalı həmkarı Vladimir Putinin seçkilərə "müdaxilə üçün pul ödəyəcəyini" əminliklə bildirib.

Nəzərə çatdıraq ki, Moskva dəfələrlə kiberhücumlarda iştirak iddiaları ilə razılaşmadı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova onların əsassız olduqlarına diqqət çəkib və prezidentin mətbuat katibi Dmitri Peskov Rusiyanın heç vaxt kiber cinayətlərlə əlaqəsi olmadığını vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl "Sputnik radiosu" da, ABŞ-ın Rusiyanı kiber məkanda bir təhlükə və güclü bir düşmən hesab etdiyini bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə