Paşinyan yenə sarsaqladı: o, nə demək istəyir? SİYASİ RAKURS+AKTUAL

Çöldə, dağda, meşədə yaşıllıqlar da göz oxşamağa başlayıb, peşəkar xüsusi təyinatçılar demişkən, əsl antiterror havasıdır!

Məlum olduğu kimi, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışı zamanı bir daha bəyan etdi ki, əgər Ermənistanın siyasi hakimiyyəti revanşçılıq hissi ilə yaşamağa davam edərsə, düşmən tamamilə məhv ediləcək və bunun da məsuliyyəti mövcud hakimiyyətin üzərində olacaq. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışında sözün əsl mənasında sarsaqlaması, yaxud ölkəsində keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində itirilmiş nüfuzunu bərpa etmək cəhdləri artıq belə bir nəticəyə də gəlməyə zəmin yaradır ki, Ermənistan regionda sülhün, qarşılıqlı münasibətlərin, iqtisadi reallıqların, mehriban qonşuluğun bərqərar olmasını əngəlləyən ölü zonaya çevrilib və eyni zamanda, qonşularına qarşı ərazi iddialarından da əl çəkmək fikrində deyil.

Bəli, bizlər dəfələrlə ictimaiyyət arasında fikirlərimizi bölüşərkən hər zaman təəssüflə qeyd etmişik ki, Azərbaycan xalqının bəxti onda gətirməyib ki, onun qonşusu erməni olub. Yaxud, tarixlər boyu Azərbaycandakı boşluqlardan istifadə edən güclər erməniləri köçəri xalq olaraq bizlərə urcah edərkən, bəlkə də həmin məqamı yaxşı biliblər və ona görə də erməniləri azərbaycanlılarla eyni regiona yerləşdiriblər.

Putinin qarşısında təzim edən Nikol bəlkə də oradan hansısa vədlər alıb

44 günlük müharibədə əzilən, məhv edilən düşmən ordusu yox səviyyədə olmasına rəğmən, Nikol Paşinyanın yenidən buynuz çıxarmağa başlaması isə artıq bıçağın sümüyə dirənməsinin bariz göstəricisidir. Bəs nə deyib, ya da sarsaqlayıb erməni baş naziri?

“Artsaxın” təhlükəsizliyini “müdafiə ordusu” və Rusiya sülhməramlıları təmin edəcək”, deyə Paşinyan sarsaqlayıb.

Bu zaman belə bir iddia, belə bir cürət onda haradan və necə qaynaqlanır? Söz yox ki, bu yaxınlarda Rusiyaya səfər edərək, Putinin qarşısında təzim edən Nikol bəlkə də oradan hansısa vədlər alıb, ona görə də 2020-ci ilin sentyabrın 27-nə qədər hürdüyü havlamalarını yenidən hürməyə başlayıb. Amma bu vədlərin Azərbaycanın ərazi bütövlüyünə qarşı dil uzatmasına yönəlməsi bizləri bir daha, yenə də, əlavə olaraq dəfələrlə (!) düşünməyə vadar etməkdədir. Əgər biz bu gün Zəngəzur dəhlizi barədə Ermənistanın qeyri-konstruktiv davranışları, üçtərəfli bəyanatları (10 noyabr, 11 yanvar) pozması barəsində danışırıqsa, demək ki, İrəvan düşmənçilik missiyasını davam etdirir və ən əsası (!) Paşinyanın parlamentdəki çıxışı (nəyə hesablanırsa-hesablansın-R.R.) zamanı tanınmayan “artsaxın müdafiə ordusunun” (yəni Ermənistan silahlı qüvvələrinin bir tərkibinin-R.R.) Rusiya sülhməramlıları ilə eyni cinahda (?!) “təhlükəsizliyi” təmin edəcəkləri iddiası artıq onun bir neçə ay əvvəl ovulduğu burnunun yenidən qaşınması anlamını verir.

Moskva demirsə, Bakı deyəcək və bu dəfə daha sərt, bağışlanmaz və birmənalı olaraq!

Nəyə görəsə Rusiyanın (Kremlə inam və etibarın olmaması daim diqqətdə saxlanılmalıdır-R.R.) da bu məsələdən sonra sakitcə, kirimişcə qalması suallar yaradır. Misal üçün, Kremldən bəyan edilməliydi ki, bu bəyanat heç bir normalara cavab vermir və beynəlxalq miqyasda tanınan bir ölkənin (Rusiyanın) sülhməramlı kontingentinin tanınmayan (!!!) “artsaxın” quldur rejim terrorçuları ilə çiyin-çiyinə “təhlükəsizliyi” qorumaları heç bir məntiqə sığmır. Moskva bunu demir. Moskva demirsə, Bakı deyəcək və bu dəfə daha sərt, bağışlanmaz və birmənalı olaraq Xankəndidə antiterror əməliyyatları aparmaqla. Çünki get-gedə daha açıq görünməyə başlayır ki, artıq sülhməramlılar öz vəzifələrinin öhdələrindən nəinki gəlmirlər, əksinə, terrorçularla iş birliyinə də girirlər. Bakı isə 44 günlük müharibəyə qədər 30 ilə yaxın səbr etmişdi, bundan sonra isə daha 30 il gözləməyə fikri yoxdur və artıq regional şərtlər də dəyişir, Rusiya isə Azərbaycanla bağlı səsləndirdiyi çoxsaylı müsbət bəyanatlarını ya əməli şəkildə gerçəkləşdirməli, ya da açıq-aydın erməni maraqlarını müdafiə etdiyini ifadə etməlidir.

Təkcə “İskəndər M” faktı və müharibə vaxtı Moskvadan Ermənistana gerçəkləşdirilən qeydiyyatdan kənar reyslərini xatırlatsaq, nəyin nə olduğunu yenidən izah etməyə ehtiyac da qalmaz. Paşinyan sarsaqlayır və onun bu kimi sarsaqlamasının cavabının verilməsinin tam zamanıdır. Çöldə, dağda, meşədə yaşıllıqlar da göz oxşamağa başlayıb, peşəkar xüsusi təyinatlılar demişkən, əsl antiterror havasıdır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə