Ortaqlığı bitirən “maraq savaşı” - ŞƏRH

Əli Kərimli “qoruyucu mələyi” Sevinc Osmanqızıya qarşı “pambıqla baş kəsmək” planı...

Radikal müxalifətin xisləti budur. Dünənə qədər gecə-gündüz "ingilis bayrağı" olan, ata qatili “yanlar”ın müdafiəsinə qalxan Sevinc Osmanqızı ilə AXCP sədri Əli Kərimli arasında yaşanan qarşıdurmadan 3 aya kimi vaxt keçib. Doğrusu, bu məsələ o qədər də təəcccüb doğurmadı, çünki bu o kəslərdir ki, ermənilərin "tula paylarına" görə bir-birilərinə qurşaqdan aşağı nə gəldi deyirlər. Bu o kəslərdir ki, nəinki “müxalifət” olduqları gündən, deyərdim ki, dünyaya gəldikləri gündən satqınçılıqla hər şeylərini satan, çörəyi dizləri üstə olan bu mənəviyyatsızlar hər cür çirkin əməllər etməyə hazır olanlardır. Bu gün də “maddi gəlir” məsələsi radikal ünsürlərin daha bir ortaqlığına son qoyub. Hələ də Əli Kərimli-Sevinc Osmanqızı savaşı davam edir. Ən maraqlısı isə, xaricdəki ermənipərəst mərkəzlərin pulu ilə internet məkanında özünə “kanal” yaratmış və bəlli dairələrin dəstəyi ilə okeanın o tayında mənzillənmiş Sevinc Osmanqızı “Osmanqızı TV”-yə Əli Kərimliyə düşmən olanları «kanal»ına dəvət etməklə Əli Kərimliyə “dərs” vermək istəyir. Yenə də deyirəm, bu münasibətin belə olması təəccüb doğurmur. Dünənə qədər bəh-bəhlə tərifləyib göylərə qaldıran S.Osmanqızı ilə Ə.Kərimli arasında savaşın hər keçən gün daha da şiddətləndiyini sosial şəbəkələri izləməklə görmək mümkündür. Belə ki, Sevinc Osmanqızı Əli Kərimlini öz “kanal”ında yaş yuyub quru sərir, Əli Kərimli isə trolları vasitəsilə Sevinc Osmanqızını hədələyir, onu linc etməklə qorxudur. Səbəbi?

“5 qəpik məsələsi” – “qoruyucu mələyin” hidddəti...

Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Əli Kərimlinin səhv yolda olduğunu, xəyanətkar mövqe sərgilədiyini, ermənipərəstlərin dili ilə danışdığını, ölkəmizə və xalqımıza qarşı aparılan kampaniyaların tərkib hissəsi kimi çıxış etdiyini dünən də deyirdi, bu gün də deyir. O zaman S.Osmanqızı dünənə kimi AXCP sədrinin “qoruyucu mələyi”nə çevrildiyini, mətbuat katibliyi etdiyini, xalqımız Qələbə sevincini qeyd etmək üçün küçə yürüşünə çıxarkən gəncləri təxribata çağıran Əli Kərimlinin “müdafiəsinə” qalxdığını, xalqımızı təhqir edərək “xalqşüvənlik etməsinlər” dediyini dünənə də görüb, bu gün də görür. Yəni dünənə kimi Əli Kərimlini ağızdolusu tərif edərək “göylərə qaldıran” Sevinc Osmanqızı bu gün AXCP sədrinin, onun partiyasının siyasi “manevr”lərini təftiş etməyə başlamağı nədən yararlanır. Əslində, məsələ bəllidir. Hər dəfə olduğu kimi, bu dəfə də davanın “yorğan davası” olduğu şübhəsizdir. Yəni xaricin müxalifət düşərgəsinə göndərildiyi “maliyyə məsələsində” problem yaratması, Əli Kərimlinin həmişə olduğu kimi bütün “pay”ları özü mənimsəmək.

Sosial şəbəkələrdə özünə haqq qazandırmağa çalışan Osmanqızı açıq şəkildə etiraf edir ki, onun Kərimlinin siyasi gedişləri, hətta siyasi mövqeyi ilə bağlı əvvəlki fikirlərində dəyişiklik baş verib: “Əli Kərimliyə indiyə qədər nə etmişəmsə, səhv etmişəm”.

Qəribə situsiyadır. Yəni onsuz da Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Əli Kərimlinin səhv yolda olduğunu, xəyanətkar mövqe sərgilədiyini, ermənipərəstlərin dili ilə danışdığını, ölkəmizə və xalqımıza qarşı aparılan kampaniyaların tərkib hissəsi kimi çıxış etdiyini dünən də deyirdi, bu gün də deyir. Bəs, necə olub ki, Əli Kərimlinin səhvlərini, daha doğrusu, xəyanətlərini sadaladığımız zaman onun “aydan arı, sudan duru” olduğunu iddia edən, necə deyərlər, AXCP sədrinin “qoruyucu mələyi”nə çevrilən Sevinc Osmanqızı bu gün öz mövqeyini 180 dərəcə dəyişib? Yəni dünənə kimi Əli Kərimlini ağızdolusu tərif edərək “göylərə qaldıran” Sevinc Osmanqızı bu gün AXCP sədrinin, onun partiyasının siyasi “manevr”lərini təftiş etməyə başlayıb. Belə yerdə cəmiyyət haqlı olaraq “görəsən gün hayandan doğub” deyə sual edir.

Sevinc Osmanqızı: “Əli Kərimli yalnız sosial şəbəkələrdə boş-boş danışmağı bacarır”

Əslində, radikal düşərgədə bu vaxta qədər baş qaldıran qarşıdurmaların nədən qaynaqlandığını, həmçinin Əli Kərimlinin öz düşərgədaxili müttəfiqlərini məhz “pay-püş” məsələsində incik saldığını xatırlasaq bu fikirləri eşitmək heç də təəccüb drğurmur. Tərəflər arasındakı düşmənlik o həddə çatıb ki, S.Osmanqızı nəinki üstüörtülü, elə açıq kontekstdə də Əli Kərimlinin və rəhbərlik etdiyi partiyanın heç bir gücə sahib olmadığını rahat şəkildə deyir, onu digər ölkələrdəki “müxalifət”lərlə müqayisə edir, yalnız sosial şəbəkələrdə boş-boş danışmaqda günahlandırır. Bu, gözlənilən idi. Çünki mayası satqınlıqla yoğrulanların yolu olmur. Dünənə qədər "həmrəylikdən" dəm vuran AXCP sədri Əli Kərimliyə mətbuat katibliyi edən Sevinc Osmanqızı bu gün ölümlə hədələnir. “Hər yerdə mən olmaq” iddiasında olan Ə.Kərimli S.Osmanqızının “kanalın”da özündən başqa kimsəni görmək istəmədiyini bəyan edib. Ancaq bu pay-püşun “ədalətsiz” bölündüyü acığını çıxmaq üçün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunu efirə qonaq çağırır. Nəticədə müxalifdəki dostlarından S.Osmanqızıya hücumlar edərək “səni çökdürəcəyik” ultimatum göndərir. Osmanqızı özü etiraf edir ki, Əli Kərimli ona qarşı miqyasıölçülməz kampaniya başladıb. Sosial şəbəkə qruplarında S.Osmanqızının bəlli olan, olmayan bütün məziyyətlərini, “əziyyətlərini” aləmlə bir edib. Necə deyərlər, açıb sandığı töküb pambığı. İndi bu sandıqdan çıxan pambıqla kim kimin qəsdinə duracaq, bunu da zaman göstərəcək...

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə