“Vasitəçilər Ermənistandan Qarabağın müvəqqəti statusundan imtina etməsini tələb etdilər” Nikol Paşinyan

Ermənistanın Baş naziri hesab edir ki, 2014-cü ildən bəri Bakının sərt mövqeyi həmsədrlər tərəfindən dəstəklənib. SİA Ermənistana məxsus armenianreport.com saytına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan bunu parlamentdəki iclasda söyləyib.

“2016-cı ilin aprel döyüşlərindən bir müddət əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistandan Dağlıq Qarabağa aralıq status vermək tələbindən imtina etməsini tələb etdilər”, deyə erməni baş nazir iclas zamanı qeyd edib.

Hökümət başçısı danışıqlar prosesinin mərhələlərini ətraflı sadalayıb və bildirib ki, Azərbaycan Qarabağ məsələsində mövqeyini 2014-2015-ci ildən başlayaraq daha da sərtləşdirib və Bakının bu mövqeyi həmsədrlər tərəfindən dəstəklənib.

“2016-cı il aprel müharibəsi vasitəçilərin Ermənistan tərəfinə Dağlıq Qarabağın müvəqqəti statusu tələbindən imtina etməsini təklif etməsindən sonra başladı. Açıq şəkildə bildirmək istəyirəm ki, 2016-cı ilin aprel ayından iki ay əvvəl vasitəçilər Ermənistan tərəfinə Qarabağın aralıq statusunu düzəltmək istəyindən imtina etməsi təklifi ilə müraciət etdilər”, deyə Nikol Paşinyan bildirib.

Paşinyana görə, erməni tərəfinin imtina etməsi iki ay sonra bəzi ərazi itkiləri bahasına Ermənistana başa gəlib və İrəvanın aralıq statusu fikrindən imtina etməsini tələb edən aprel müharibəsi başlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə