Qarabağlı ermənilər çöllərdə qalıblar KƏSKİN PROBLEM

Onların yerləşdirilməsi prosesi dayandırılıb

“Bugünkü gündə mehmanxanalarda və “artsaxın” qonaq evlərində 1200 “vətəndaş” yerləşdirilib”. SİA xəbər verir ki, məlumatı Baqramyan 26 teleqram kanalı yazıb. Kanal qeyd edir ki, şəhər sakinləri mehmanxanalara növbəli qaydada yerləşdirilirlər. “Hazırkı məqamda “vətəndaşların” yerləşdirilmələri müvəqqəti olaraq dayandırılıb. Belə ki, mehmanxanalarda yer qalmayıb, “artsax”ın “rəhbərliyi” bildirir”, deyə adıçəkilən kanal yazır.

Xatırladaq ki, müharibədən sonra üçtərəli bəyanatın müvafiq bəndlərindən biri kimi, Xankəndiyə və Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərə 50 mindən artıq erməninin geri qayıtdığı bildirilsə də, sonradan onların çoxlarının Qarabağı tərk etdiyi bildirilir. O cümlədən, geri qayıdanların arasında qeydiyyatları olmayan livanlı, suriyalı ermənilərin də olduqları da bəlli olub. Digər tərəfdən, quldur rejimin başçıları guya bu ərazilərdə yeni çoxmənzilli binaların tikiləcəyi barədə də bəyanatlar səsləndirsələr də, sonradan məlum olub ki, onların nəinki vədlərini yerinə yetməyə gücləri və qüdrətləri yoxdur, hətta gətirilən ermənilərin yerləşdirilməsi problemlərini həll etmək qabiliyyətində deyillər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə