İrana qarşı sanksiyalar qaldırılsa siyasi səhnədə nələr dəyişəcək? - ŞƏRH ÖZƏL

“Ağ Evin mətbuat xidmətinin rəhbəri İrana qarşı bir neçə sanksiyaları qaldırılacağı bərədə bəyanatı, tərəflər arasında mümkün razılaşmalara gedəcəyini göstərir. Ötən ay Çinlə İran arasında 25 illik strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması, bu ölkəyə 400 milyard dollar sərmayə qoyacağı, Vaşinqtonu hərəkətə gətirib. ABŞ İranın uranı zənginləşdirməməyi və bir neçə şərtə əməl edəcəyi təqdirdə sanksiyaları qismən götürəcəyi mümkün görünür”. SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, C.Bayden Tehranı Rusiya və Çinin orbitindən çıxaracağını planlayır: “Bu üç ölkənin birgə fəaliyyəti yeni bir siyasi nizamdır. Artıq Vyanada Rusiya, Çin, Almaniya, Fransa və Britaniyanın iştirakı ilə İranın nüvə proqramı ətrafında müzakirələr başlayır. ABŞ Çinin İranda mövqelərini zəiflətmək üçün bu ölkə ilə hərtərəfli nüvə sazişinə qayıdacağı təqdirdə Yaxın Şərqdə proseslərin kəskinləsməsi istisna deyil. Çünki İranın növbəti dəfə öz ambisiyalarını regionda inkişaf etdirməsi, ABŞ İranı neytrallaşdırmaqla beynəlxalq münasibətlər sistemində Rusiya və Çinə qarşı daha da sərt addımlar atacağı gözlənilir”.

M. Əsədullazadə qeyd edib ki, İsrailin ABŞ-ın nüvə sazişinə qayıtmasına qarşı olacağı, İrana qarşı hərbi variantlara əl atması Vaşinqton üçün müəyyən problemlər yarada bilər: “Amma, ABŞ Obama dövründə olduğu kimi İsrailə görə nüvə sazişindən imtina etməyəcək. İranda yayda keçirilən seçkilərdə mühafizəkarlar qələbə çalacağı təqdirdə Vaşinqtonla anlaşmayı müəyyən müddət dayandıra bilərlər. Ümiyyətlə nüvə sazişinin bərpası İranın Çinlə sazişdən tədricən imtinasına gətirəcək. Məhz İranda Çinlə bu müqavilənin İranın bu ölkənin təsirinin güclənəcəyindən ehtiyatlanırlar”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə