Pavel Klaçkov: “Ermənistanın suverenliyi get-gedə itirilir” ŞƏRH

Pavel Klaçkov: “Ermənistanın suverenliyi get-gedə itirilir” ŞƏRH

“Əgər Ermənistandan danışsaq, bu ölkənin seçim etmək səviyyəsi və bu vasitə ilə özünü saxlamasını təmin etməsi, suverenliyi get-gedə aşağı düşməkdədir. Ermənistan prezidenti Armen Sarkisyan öz ölkəsinin xarici siyasətini dəyişmək təklifini irəli sürüb – “emosiyaları kənara atmaq və praqmatizm, soyuq düşüncə, hərtərəfli analiz və dialoq vasitəsi ilə gündəmə əsaslanaraq”. Sarkisyan nəinki rus-erməni münasibətləri kontekstində praqmatizmdən danışıb, həmçinin Qərblə münasibətlər məsələsində də nümunələr gətirib”. SİA xəbər verir ki, bu barədə rusdilli caliber analitik informasiya mərkəzinə politoloq, Rusiya Federasiyası hökuməti yanında Maliyyə universitetinin direktoru, fəlsəfə elmləri namizədi Pavel Klaçkov danışıb.

“Erməni cəmiyyətində Paşinyanın Qarabağ müharibəsində bəlli olmayan və hansısa "gizli anlaşmaları” ideyaları tüğyan edir”

“Hökumət maksimal təhlükəsizlik və böhrandan çıxış üçün hansısa farvater axtarışındadır. Erməni-türk, erməni-azərbaycanlı münasibətlərinin tənzimlənməsi prosesi üçün konstruktiv xətt mövcuddur. Bunun dərk edilməsi normal dialoqun başlanmasına səbəb ola bilər”, deyən rusiyalı politoloq qeyd edib.

Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə də bağlı fikir bildirən Pavel Klaçkov deyib ki, yeni parlamentin seçilməsi və yeni hökumətin qurulması siyasi böhranın tənzimlənməsinə səbəb olmalı idi, amma bu, baş vermədi. Onun sözlərinə görə, bunun səbəbi baş nazir Nikol Paşinyanla digər qüvvələrin intriqalarıdır: “Erməni cəmiyyətində Paşinyanın Qarabağ müharibəsində bəlli olmayan və hansısa “gizli anlaşmaları” ideyaları tüğyan edir. Ermənistanın hakim idarəçi sinfi isə davamlı hava boşluğunda yerləşir, xüsusilə xarici siyasətdə parçalanmalar gedir. Bu, sanki kiçik qayığın nəhəng linkorlar, zirehli gəmilər arasında yellənməsini xatırladır. Və bu kiçik qayığı idarə edən komanda daim öz arasında mübahisə edir ki, hansı gəmiyə tərəf gedilsin. Ancaq buna baxmayaraq, hakimiyyət özünün daxili siyasətində müxalifətlə dialoqa gedir: Ermənistan prezidenti Paşinyanla, “Mənim addımım” hakim blokunun rəhbəri Lilit Makuntsla, “Maarifçi Ermənistan” müxalifətçi fraksiyasının lideri Edmon Marikyanla ayrıca görüşlər keçirir. Baş nazir “Çiçəklənən Ermənistan” partiyasının təsisçisi Qagik Tsarukyanla görüşür”.

“Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın daxil olduğu müxalifət cinahı digər keçmiş prezident – Robert Koçaryanın ətrafında toplaşırlar”

Seçkilərin kimə - Paşinyana, yoxsa rəqiblərinə lazım olması ilə bağlı sualını cavablandıran rusiyalı politoloq bildirib ki, seçkilərin keçirilməsinə razılıq verən Paşinyan seçki kodekksində dəyişikliklər etməyi planlaşdırır və bu vasitə ilə seçkilərdə özü və fraksiyası üçün səmərəli şərtlər yaratmağa çalışır. Ancaq müxalifət də hərəkətdədir.

“Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın daxil olduğu müxalifət cinahı digər keçmiş prezident – Robert Koçaryanın ətrafında toplaşırlar. Ermənistan hökumətinin sabiq başçısı Karen Karapetyan, milli təhlükəsizlik şurasının keçmiş katibi Armen Gevorkyan və eks-ədliyyə naziri Arpine Aqanesyan, həmin vaxtların generaliteti da onunladır”, Klaçkov müsahibəsində bildirib.

“Növbədənkənar seçkilərin keçirilməsi də situasiyanın normallaşmasına zəmanət vermir”

O hesab edir ki, Ermənistan bu parçalanmanı aşacaq və bütöv xarici siyasət orientasiyasını işləyib-hazırlayacaq: “Bu, erməni xalqının özünə normal həyat qurması üçün vacibdir. Lakin növbədənkənar seçkilərin keçirilməsi də situasiyanın normallaşmasına zəmanət vermir. Yeni hakimiyyət sosial-iqtisadi situasiyanın və siyasi problemlərin, yaxınlarda baş vermiş müharibənin və koronavirus pandemiyasının buraxdığı izləri təhvil alacaq”.

Kremlin Ermənistanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı reaksiyasına gəlincə isə politoloq bildirib ki, Rusiya seçkilərə neytral yanaşır və hesab edir ki, bu, erməni xalqının daxili işidir. “Baxmayaraq regindakı hərbi-siyasi vəziyyət diqqət mərkəzindədir və bunu yaxınlarda hər iki ölkənin müdafiə idarələrinin rəhbərləri Vaqarşak Arutyunyanla Sergey Şoyqunun telefon danışıqları ilə də görmək olar”, Pavel Klaçkov deyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə