Suriya və İraqda qalmış azərbaycanlı uşaqların ölkəyə qaytarılması ilə bağlı tədbirlər görülür - Ombudsman AÇIQLAMA

Suriya və İraqda qalmış azərbaycanlı uşaqların ölkəyə qaytarılması ilə bağlı tədbirlər görülür - Ombudsman AÇIQLAMA

Hazırda Suriya və İraqda qalmış azərbaycanlı uşaqların ölkəyə qaytarılması ilə bağlı tədbirlər görülür.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

Ombudsman qeyd edib ki, Suriyada və İraqda olan azərbaycanlı uşaqların ölkəmizə qaytarılması üçün zəruri qurumlara, beynəlxalq qızılxaç komitəsinə müraciət edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə