Yenə qaşınırlar, deyəsən vaxtları çatıb... KÖŞƏ YAZISI

Üçtərəfli bəyanat imzalandıqdan sonra zaman-zaman gündəmə çıxaraq açıq-aşkar şəkildə təxribatçı, hətta təhdidedici fikirlər səsləndirən "dqr" quldur rejiminin "səlahiyyətliləri" belə görünür ki, hələ də ağıllanmayıblar. Yəqin ki, başlarının üzərində Bayraqdarların, Haropların hərlənməsi, od püskürən artilleriya zərbələri, ümumiyyətlə qarşıqa kimi əzilmələri üçün möhkəm darıxıblar. Cəmi dörd ay əvvəl bom-boş qalan Xankəndini və bu gün bəyanatdakı razılıqlara əsasən Rusiya sülhməramlılarının nəzarətləri altında qalan boşalmış əraziləri də çox yəqin ki, unudublar. Əslində unutmayıblar, sadəcə rusların arxalarında həm hürür, həm də quyruq bulayırlar. Bu, bəlli qaraçı tayfasının əsrlərdən bəri formalaşmış qorxaqlıq, riyakarlıq xüsusiyyətləridir və təəccüb də doğurmur. Sadəcə, darmadağın olandan sonra, növbəti dəfə donqar və uzun burunlarını aidiyyatı olmadıqları məsələlərə dürtmələrindən belə nəticə hasil etmək olar ki, çox möhkəm qaşınırlar, vaxtları çatıb. Belə ki, quldur rejimin saxta "prezidenti" Araik Arutyunyan başda olmaqla gah "təhlükəsizlik şurasının rəhbəri" Vitali Balasanyanın, gah rejimin "xarici işlər naziri" David Babayanın, gah da digərlərinin "hav-havları" tükənmir ki, tükənmir...

Məsələ ondadır ki, bu dəfə David Babayan Şuşanın ayağında, eləcə də Xankəndinin girişi istiqamətindəki Qırmızı Bazar qəsəbəsinin Bakıya geri qaytarılmasının qeyri-mümkünlüyü ətrafında ağlına və ağzına gələni danışıb və bəllidir ki, o bütövlükdə Qarabağ məsələsində regiondakı vəziyyətin sabitliyə doğru inkişaf etməsini istəməyən müəyyən (eləcə də məlum!) qüvvələrin əmrlərini icra edir. Bəs nə danışıb Babayan? Danışıb ki, onların "mövqeləri" dəyişilməzdir və Qırmızı Bazarın Bakıya verilməsi, yaxud yaşayış məntəqəsinin statusunun (?) dəyişdirilməsi reallığa çevrilməməlidir, eləcə də həmin proses aparılmır və s. O, eyni zamanda deyib ki, Qırmızı Bazarın verilməsi bütövlükdə "martuninin" (Xocavəndin) boşaldılması, daha sonra isə bütün "artsax ermənilərinin təhlükəyə düşməsi" təhlükəsini yarada bilər.

Təəssüf ki, davamlı şəkildə eyni hürüşləri hürən və bir-birlərindən fərqlənməyən separatçılara ən azından "susun, əks halda başınız əziləcək" mesajlarının verilməsinə ara verilib. Yəni bu gün onlara ağalıq edən ruslar sanki separatçı quldurların həqiqətən də başlarının əzilməsini istəyirlər və istəyirlərsə, bunu görməli olacaqlar. Çünki səbr də tükənəndir və tükənirsə daha betər nəticələrə gətirib-çıxarır. Babayan bilməlidir ki, belə davam edərsə, Azərbaycan birtərəfli qaydada üçtərəfli sözləşmənin qüvvədən düşməsini bəyan edər, daha dörd-beş il gözləməz, üstəlik, nəinki Qırmızı Bazarı və Xankəndini, eləcə də digər ərazilərimizi qısa müddətdə öz nəzarəti altına götürə bilər. Lap deyək ki, Zəngəzuru. Mən hələ o biri tərəflərdən danışmıram!

Hər halda Araik də İrəvana gedərkən, oradakı təhlükəsizlik şurasının iclaslarına qatılarkən beynini qurcalamalı, "atrsaxın gələcək inkişaf planları", ya da "binaların, infrastrukturların bərpası", və ya "güc strukturlarının yaradılması" kimi sərsəm fikirlərindən əl çəkməlidir. Təbii ki, onlara qaz verən hazırkı Ermənistan rəhbərliyi də bu barədə düşünməlidir. Elə sanmasınlar ki, hər şey bitib və hətta saxta "artsaxlarını", "şuşilərini" da "azad" edəcəkmişlər-filan. Əsla, belə deyil və bir daha da olmayacaq!

Yeri gəlmişkən, müharibədən sonra Azərbaycanın şanlı silahlı qüvvələri bir neçə dəfə mükəmməl hərbi təlimlər keçiriblər və bu təlimlərin məqsədlərindən biri də antiterror əməliyyatları ilə bağlıdır. Yəqin ki, quldur rejimin başbilənləri də bundan xəbərsiz deyillər. Qapıda isə bahar dayanıb – hərbçi dili ilə desək, düşmənin başını əzmək üçün ən real və optimal fəsildir. Qaşınarkən, bu barədə də düşünməlidirlər və birdəfəlik anlamalıdırlar ki, iddiaları sadəcə cəfəngiyyatdır. Hərgah bu gün boyunduruqlarını əllərinə verdikləri bəlli qüvvələr onlara yal verirlərsə, sabah həmin yal quruya bilər. Türk qardaşlarımız demişkən, bu da məndən olsun!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə