"Qondarma “DQR”-nı leksikomumuzdan çıxartmalıyıq" POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Qondarma “DQR”-nı leksikomumuzdan çıxartmalıyıq" POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi bu regionda yeni geosiyasi mərhələnin başlanğıcını qoyub". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, konkret məsələləri Rusiya ilə Azərbaycan müzakirə etməlidir: "10 noyabr birgə bəyanatı ilə bağlı bir sıra öhdəliklər var. Onlar mütləq yerinə yetirilməlidir. Həmin bəyanatda nə Qarabağda yaşayan ermənilərin hər hansı bir statusundan, nə də oradakı erməni icmasından söhbət gedə bilər. Burada qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmaz olaraq qalır və orada yerləşən erməni silahlı birləşmələri çıxarılır. Bu onu göstərir ki, proseslər Azərbaycanın lehinə həll edilir. Sülhməramlıların missiyası ilk növbədə Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsidir. Azərbaycan tərəfi bu məsələlərə dözümlü yanaşır. Cənab Prezident bir neçə dəfə sülhməramlıların fəaliyyəti ilə bağlı narazılıqlarını bildirib"

M.Əsədullazadə onu da qeyd edib ki, ümumiyyətlə qondarma "Dağlıq Dağlıq Respublikası" birləşməsini leksikomumuzdan çıxartmaq lazımdır: "Qondarma respublika" deyilən bir anlayışı yoxdur. Sadəcə, Rusiya sülhməramlıların məsuliyyət zonasında yaşayan ermənilər və onların da müdafiə etdiyi cinayətkar bir dəstə var. Orada rus icması yoxdur. Qarabağ Paşinyana yük idi. Rusiya istəyir ki, Qarabağla müxtəlif şəkildə əlaqəsi olsun. Bu da Rusiyanın regionda geosiyasi maraqlarına xidmət edir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə