Çavuşoğlu Tacikistana səfər edəcək

Çavuşoğlu Tacikistana səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 28-30 mart tarixlərində Tacikistanda səfərdə olacaq. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Çavuşoğlu həmkarı Sirojiddin Muhriddin ilə görüşəcək, Tacikistan Prezidenti İmaməli Rahmon tərəfindən qəbul ediləcək.

Səfər zamanı ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə ediləcək, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq. Çavuşoğlu, Tacikistan və Əfqanıstanın həmsədrliyi altında 30 martda keçiriləcək Asiyanın ürəyi-İstanbul prosesi üzrə 9-ci Nazirlər Konfransına da qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə