Azərbaycan bu siyasi qərarların qəbul edilməsinin lokomotivi rolunu oynadı - ŞƏRH ÖZƏL

Azərbaycan bu siyasi qərarların qəbul edilməsinin lokomotivi rolunu oynadı - ŞƏRH ÖZƏL

“Azərbaycan dünya üçün çətin anlarda beynəlxalq nizamının ədalətli formalaşmasına öz töhfəsini verən ölkədir. COVİD-19 qlobal pandemiya elan olunandan dərhal sonra həm ölkə daxilində koronavirusa qarşı mübarizə tədbirlərinə start verildi, həm də beynəlxalq səviyyədə mübarizənin təşkili və kasıb ölkələr üçün yardım məqəsdilə ÜST-ə 10 milyon dollar vəsait ödənildi. O cümlədən 30-dan çox ölkəyə birbaşa müxtəlif tibbi mübarizə vasitələri ilə yardımlar göndərildi. TDƏŞ-nın toplantısını və Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi, BMT-yə bu mövzuda göndərildiyi müraiciətimiz əsasında koronavirusa qarşı mübarizəyə həsr olunmuş xüsusi sesiyası çağırıldı. 23 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasının,, COVİD-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi,, adlı qətnamə qəbul olundu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan bütün imkanlarından istifadə edərək dünyada peyvəndlərin ədalətli bölgüsünün aparılması, ölkələrin kasıb və ya varlı olmasından asıllı olmayaraq peyvəndlərin paylanmasında fərq qoyulmaması üçün beynəlxalq siyasi qərarların qəbul edilməsinin lokomotivi rolunu oynadı: “Prezident İlham Əliyev öncədən bilirdi ki, vaksin icad olunanda dünyada vaksinin bölgüsündə ədalətsizlik baş verəcəkdir. Ona görə də beynəlxalq təşkilatlarda bu məsələni gündəliyə gətirmişdi. Azərbaycan vaksinlərin ədalətli bölgüsü üçün yaradılmış COVAX təşəbbüsünə də ilk qoşulan ölkələrdəndir. Dünyada isə vaksinin bölüşdürülməsində gözlənilən ədalətsizlik, ayrıseçkilik və ikili standartlar baş verdi. Bəzi ölkələr özlərinə lazım olandan 3-4 dəfə çox vaksin aldı. Qonşu Gürcüstana ikinci dəfə vaksin göndərildiyi halda COVAX-ın təşəbbüsünə ilk qoşulan Azərbaycana bu günə qədər bu platformadan vaksin verilmədi. Məsələ Gürcüstanda deyil. Gürcüstan bizim qonşu və dost ölkədir. Amma belə bir yanaşmanın olması Qərbin öz ikili standartlar mövqeyindən əl çəkmədiyini göstərir”.

A.Badamov vurğulayıb ki, torpaqlarımızın 30 ildə işğal altında qalmasının səbəbi də Qərbin münaqişənin həllinə ikili standartlardan yanaşması olub: “Düzdür, Azərbaycan özünə qarşı edilmiş ədalətsizliyi özü bərpa edir. Torpaqlarımızı özümüz azad etdik, Çindən birbaşa aldığımız 4 milyon dozalıq vaksinlə vətəndaşlarımızın sürətli peyvəndlənməsi aparılır. Amma çox təəssüf ki, bu gün dünyada çox ölkələr var ki, onlar peyvənd ala bilmirlər. Elə bil ki, dünyanın inkişaf etmiş ölkələri üçün kasıb ölkələr ikinci dərəcəlidir və onların vətəndaşların taleyi bunlar üçün maraqlı deyil. Bunlar başa düşmürlər ki, koronavirusla vidalaşmaq üçün bütün dünyada eyni vaxtda vaksinləşmə aparılmalıdır. Əgər vaksin ala bilməyən ölkələrdə vaksinləşmə aparılmasa, koronavirus dünya üçün həmişə bir təhlükə mənbəyi olaraq qalacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə