Gürcüstan 3+3 platformasına qarşıdır və yenisini: Ermənistan, Gürcüstan, Azərbaycan platformasını təklif edir. SİA xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkalianinin sözlərini ölkəsinin apsny.ge agentliyi yazıb. Gürcü XİN rəhbəri qeyd edib ki, Gürcüstan Dağlıq Qarabağ ətrafındakı tənzimləmə çərçivəsi baxımınan Rusiyanın da itşirak edəcəyi regional platformada birgə çalışmağı mümkünsüz hesab edir.
“Bizim ərazilərimizi işğal edən Rusiya ilə (Tbilisi Moskvanı Abxaziyanı və Cənubi Osetiyanı 2008-ci ildə işğal etdiyini bəyan edir) heç bir platforma ola bilməz, bu təklifə baxmırıq”, Zalkaliani bildirib.
Onun sözlərinə görə, Gürcüstan məhz bu səbəbə görə Cənubi Qafqaz ölkələrinin iştirakı ilə Rusiyanın, Türkiyənin və İranın 3+3 platformasından imtina edir və bu, Gürcüstan tərəfi üçün qəbuledilməzdir.
Lakin buna baxmayaraq, David Zalkaliani tənzimlənmə proseslərinə qatılmaq marağında olduqlarını bildirib və qeyd edib ki, Tbilisi öz platformasını təklif edir – Gürcüstan, Azərbaycan və Ermənistan.
Nazir həmçinin bildirib ki, Gürcüstan müxalifətinin bir hissəsinin, eləcə də parlament müxalifətçilərinin boykot fəaliyytləri daxili böhrana səbəb olur, eyni zamanda bu kimi addımlar “Rusiyanın dəyirmanına su tökür”.
“Gürcüstanda həm də ona görə dərin böhrana yol verməyəcək ki, regionda rus hərbi iştirakının mövcudluğu yeni geosiyası reallıqlar yaradıb”, gürcü xarici işlər idarəsinin rəhbəri qeyd edib.
Xatırladaq ki, hələ martın əvvəllərində Gürcüstan Türkiyənin 3+3 regional formatı təklifində iştirak etmək istəmədiyini bəyan etmişdi və bunu platformada Rusiyanın yer alması ilə əlaqələndirmişdi.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB