Rusiyada manayak Çkatilodan film çəkən erməniyə qarşı etiraz FOTOLAR

Rusiyada manayak Çkatilodan film çəkən erməniyə qarşı etiraz FOTOLAR

Rusiyada fəaliyyət göstərən erməni rejissoru Sarik Andreasyanın SSRİ dövründə qəddarlığı və vəhşiliyi ilə seçilən, onlarla yeniyetmə və gənc qızları, qadınları xüsusi amansızlıqla qətlə yetirən manyak - Andrey Çkatilonun həyatı haqqında dedektiv filmi çəkməsi ölkədə kəskin narazılıq və etirazlarla qarşılanıb. SİA-ya daxil olan məlumata görə “Komsomolskaya pravda”nın radiostudiyasına qonaq çarğrılan erməni rejissorla yanaşı, verlişdə aktrisa və Rusiyanın dövlət dumasının deputatı Yelena Darpenko da iştira edərək, açıq diskusiyaya qatılıb. “Mədəniyyətdə canilərin obrazlarını təbliğ etmək olarmı?” sualı əgtrafında aparılan diskusiya zamanı radioverlişə zəng edən əksər dinəyicilər Sarik Andreasyanın filminə qarşı etiraz səslərini ucaldıb, hətta dinləyicilərdən biri onun Rusiyada belə bir iş aparmasına qarşı çıxaraq “Get Ermənistana və orada nə istəyirsənsə çək”, deyə fikrini irəli sürüb.

Lakin verlişin sonunda kasuz daha da dərinləşib və həmin ifadədən hiddətlənən erməni rejissora daha ağır zərbə aparıcının onun soyadını düzgün ifadə etməməsi olub. Nəticədə haqlı iradlara və tənqidlərə tab gətirə bilməyən Andreasyan qulaqcıqları masaya çırparaq radioverlişi tərk edib.

Aparıcı buna baxmayaraq, verliş boyunca aparılan sorğu iştirakçılarının 83%-nin Çkatilodan bəhs edən filmin çəkilməsiə etiraz etdiklərini deyib.

Xatırladaq ki, Andrey Çkatilo Rostovda, Rusiya Federasiyasının digər bölgələrində habelə Özbəkistannda və Ukraynada xüsusi qəddarlıqla 43 nəfər insanI qətlə yetirib. O, tutlaraq istinntaqa cəlb edilib və məhkəmə 1994-cü ilin 14 fevral tarixində ona güllələnməklə ölüm hökmü verib.

Qeyd edək ki, qəddar manyak haqqında, onun həyatının təbliği ilə məşğul olanın, film həsr edənin məhz erməni olması özündə bir sıra real və təəccüb doğurmayan məqamları əks etdirir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə