Basayevin dəstəsinin üzvü tutulub Moskvada

Basayevin dəstəsinin üzvü tutulub Moskvada

2000-ci ildə Çeçenistanda 84 əsgərin ölümü ilə nəticələnən Pskov desantçılarına edilən hücumda iştirak edən bir silahlı Moskvada tutulub. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə cümə axşamı İstintaq Komitəsi məlumat yayıb.
"Çeçenistan vətəndaşı Arbinin Germanının bu cinayətdə iştirakı dəlillərlə təsdiqlənib və təkzibolunmaz dəlillər cinayətdən boyun qaçırma halını mümkünsüz edir... Arbinin Moskvada tutulub", deyə xüsusi xidmətin açıqlamasında bildirilir.
Onun barəsində, quldurluq, silahlı üsyan və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təcavüz olmaqla, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham planlaşdırılır.
Xatırladaq ki, Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun jurnalistlərə verdiyi məlumata görə, Arbinin Şamil Bassayevin dəstəsinin üzvü idi, tutulması ötən çərşənbə axşamı baş verib. Petrenkonun sözlərinə görə, istintaq onun istintaq təcridxanasında tutulmasında israr edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə