Koronavirusdan ölüm rekordu Ukraynada qeydə alındı

Koronavirusdan ölüm rekordu Ukraynada qeydə alındı

Ukraynada koronavirus infeksiyası, COVID-19 ilə əlaqəli vəziyyət daha da pisləşib və pandemiyanın başlanğıcından bu vaxta qədər ölüm halları üzrə rekord müəyyən edilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu məlumatı ölkənin səhiyyə naziri Maksim Stepanov verib.
Məlumata görə, çərşənbə axşamı Ukraynada 11 476 yeni yoluxma hadisəsi qeydə alınıb, 2519 nəfər xəstəxanaya yerləşdirilib, 333 ölüm faktı qeydə alınıb. Həmçinin bildirilir ki, 8044 insan xəstəlikdən sağalıb.
"COVID-19-un Ukrayna ərazisinə yayılması ilə bağlı vəziyyət daha da pisləşir. Bizi çox çətin bir dövr gözləyir. Bu gün ölüm sayı ilə əlaqədar belə bir anti-rekord qeydə aldıq və ölkədə ilk dəfə bu rəqəm 300 nəfəri keçib, gün ərzində 333 nəfər ölüb", deyə Stepanov gündəlik brifinqdə söyləyib.
Stepanovun sözlərinə görə, Lvov bölgəsi ən yüksək "qırmızı" karantin zonasına düşmə nisbətlərini aşıb.
"Lvov bölgəsi bugünkü göstəricilərə görə, epidemiya təhlükəsinin "qırmızı" səviyyəsinə keçib. Bütün bölgə tamamilə epidemiya təhlükəsinin "qırmızı" səviyyəsinə düşüb, koronavirusun "İngilis ştammı" ölkədə hər yerdə yayılıb. Bu virus ştammı daha aqressivdir, gənclərə də təsir edir, daha yoluxucu, xəstəliyin ağır gedişatına səbəb olur və üç qat daha yoluxucudur", deyə səhiyyə naziri bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə