Ermənilər Balasanyanın iddialarını ələ saldılar: o kimə və nəyə güvənir? ANALİTİK

Ermənilər Balasanyanın iddialarını ələ saldılar: o kimə və nəyə güvənir? ANALİTİK

Qondarma və quldur rejimin “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyanın Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli atəşkəs bəyanatından sonra zaman-zaman sərsəm fikirlərlə çıxış etməsi, gah “özünümüdafiə ordusunun yenidən formalaşdırılması”, gah da “güc strukturlarının vahid mərkəzdə birləşdirilməsi” kimi bəyanatlarla gümdəmdə qalması artıq erməni sosial şəbəkə seqmentlərində də məzhəkə obyektinə çevrilib.

Erməni TK: “Sülhməramlılar Artsaxın” bir hissəsi Bakının idarəçiliyinə keçəcək, bu faktdır!”

SİA xəbər verir ki, ermənilərin fəal paylaşımarı ilə seçilən teleqram kanallarında bu cani və quldurun iddialarına qarşı suallar qoyulur və bildirilir ki, onun fikirlərinin heç bir əsası yoxdur. Xüsusilə, “Artsax” (dırnaqlar bizimdir – Qarabağ) problemi hələ həll olunmayıb. Kifayət qədər əminəm ki, Dağlıq Qarabağın əvvəlki sərhədəri bərpa ediləcək. “Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Əgər Azərbaycan yenidən hücum etməyə cəhd göstərərsə biz adekvat cavab verəcəyik”, tipli başından böyük bəyanatlar səsləndirməsinə toxunan erməni teleqram kanalları onun ilk dəfə deyil ki, bu cür fikirlər səsləndirdiyini xatırladırlar və yazırlar ki, reallıqlar barışmaq lazımdır. SİTAT: “Sülhməramlılar orada 5 illikdirlər, maksimum 10, sonra hazırda Paşinyanın imzası və Rusiyanın xəyanəti hesabına “mövcud” olan “artsaxın” bir hissəsi Bakının idarəçiliyinə keçəcək, bu faktdır!”

Yeri gəlmişkən, Balasanyan bugünlərdə “Sputnik Armeniya”ya verdiyi müsahibəsində deyib ki, Ermənistandan Qarabağa həqiqi hərbi xidmətə çağırılanlar yoxdur, ancaq “ordu” müqaviləlilərin hesabına təmin edilir.

Ermənistan tərəfi artıq heç bir vətəndaşının Qarabağda qanunsuz hərbi birləşmələr tərkibində xidmət etməyəcəyini rəsmən bəyan edib

O, Ermənistandan gələrək Qarabağdakı qanunsuz hərbi birləşmələrin tərkibində xidmət aparmaq istəyənlərlə bağlı bildirib ki, müqaviləli qaydada hərbi xidmət aparmaq istəyənlər orada qeydiyyata düşəcəklər və s. Göründüyü kimi, Balasanyan yalnız xəyalları və nağılları üzərində utopik düşüncələrə qatılamqda davam edir.

Bu terrorçunun iddialarına nə qədər maraqlı görünsə də elə Qarabağda fərqli cavab verilib. Belə ki, Baqramyan 26 teleqram kanalının yazdığına görə, məhz qondarma rejimin “prezidenti” Araik Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan Ermənistandan olan hərbçilərin müqaviləli qaydada Qarabağda “xidmət” keçməsi ilə bağlı açıqlamasında bildirib ki, bu məsələni Ermənistan respublikasının müvafiq orqanlarından öyrənmək daha doğru olardı. Lakin bildiyimiz kimi, Ermənistan tərəfi artıq heç bir vətəndaşının Qarabağda qanunsuz hərbi birləşmələr tərkibində xidmət etməyəcəyini rəsmən bəyan edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə