Paşinyan Azərbaycanla əlaqələrin bərpasında maraqlıdır - RƏY ÖZƏL

Paşinyan Azərbaycanla əlaqələrin bərpasında maraqlıdır - RƏY ÖZƏL

“Ermənistanın baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi vəzifəsinə öz adamı Artak Davtyanı təyin etməklə, üsyankar Onik Qasparyanı kənarlaşdıra bildi. Bundan sonra, Paşinyan orduda Rusiyanın casus şəbəkəsinə qarşı mübarizəyə başlayacaq. Çünki Robert Koçaryan və Serj Sarkisyan birbaşa Kremldən idarə olunduğu üçün növbəti dəfə orduda öz adamları vasitəsilə əlverişli bir mühitdə onlardan yararlanması mümkündür. Baş nazir Nikol Paşinyan hərbi və siyasi müxalifət üzərində qismən qələbə çalmaqla, növbədənkənar seçkilərdə qələbə əldə edəcəksə, öz siyasi dayaqlarını möhkəmləndirəcək. Həmçinin, elan etdiyi siyasi xətti xalqadan dəstək almaqla aparmaq qərarına gəlib. Bununla müxalifətin özünə qarşı fəaliyyətini neytrallaşdıra biləcək. Baş nazir ölkə turuna çıxmaqla Ermənistanı yeni bir mərhələyə aparır”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Paşinyan səfərlərində xalqa elan etdiyi əsas tezislər bunlardır: “Birinci, kommunikasiyaların açılması, bunun müqabilində Ermənistanın inkişafını irəli sürür. İkinci, Mehri dəhlizinin açılmasını və Azərbaycanın Naxçıvanla quru əlaqəsinin bərpasını önə çəkir və bunun müqabilində Ermənistanın İran və Rusiya ilə dəmir yol əlaqəsini irəli sürür. Üçüncü, Azərbaycanla düşmənçiliyə son verməsini elan edir. Bu, Ermənistan cəmiyyətində Paşinyann növbəti inqilabıdır. Dördüncü, Qarabağda Ermənistanın iştirakından əl çəkmək, Azərbaycanla və Türkiyə ilə əlaqələri bərpa etməkdir. Qeyd edim ki, Paşinyan növbədənkənar seçkilərdə qalib gəlib, hakimiyyətini möhkəmləndirərsə, erməni əhalisindən sadaladığı yetkini alıb və prosesə başlayacaq. Bununla da Qarabağda Rusiya "sülhməramlı qüvvələrinin" məsuliyyət zonasında olan silahlı erməni birləşmələrinin çıxarılması baş verəcək və bununla da burada separatçıların fəaliyyəti sıfırlana bilər. Paşinyan Qarabağdakı separatçıları Azərbaycan və Ermənistan əlaqələrinə zərbə vuran və sülhə təhdid kimi xarakterizə etməsi, Moskva tərəfindən idarə edilən bir rejim olduğunu növbəti mərhələdə qeyd etməsi mümkündür”.

M.Əsədullazadə vurğulayıb ki, Paşinyan separatçılara Azərbaycanla əlaqələrin bərpasını irəli sürəcək: “Hətta bu məsələdə Azərbaycanla uzlaşması mümkündür. Əgər Paşinyan Ermənistan bu istiqamətdə aparacaqsa, hazırda verdiyi mesajlar bu istiqamətdədir. Qarabağda ermənilərin yaşadığı ərazilərə azərbaycanlı köçkünlərin qayıtması və Azərbaycanın yurisdiksiyasının bərpası istiqamətində işlər aparıla bilər. Regional şərtlər bunu diktə edir. Rusiya iki ölkə arasında mümkün sülh razılaşmalarına qarşıdır. Yalnız atəşkəslə prosesin davam etməsində maraqlıdır. Amma Türkiyə ilə birgə Azərbaycan Rusiyanın bu planının qarışısını alacaq. Rusiya regionda sülhə və təhlükəsizliyi öz regional maraqlanarına təhdid hesab edir. Azərbaycan öz ərazilərini təkcə işğaldan azad etmədi, Ermənistanı Rusiyanın forpostluğundan da azad edir. Prezident İlham Əliyevin Ankara ilə kordinasiyalı siyasəti regionda Azərbaycanın mövqeyini gücləndirir. Erməni toplumunda Rusiyaya qarşı etimadı məhv edir. Paşinyandan bundan istifadə edib, ölkəni regional əməkdaşlığa çıxarmaq istiqamətində çalışır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə