Əli Kərimlinin “qoruyucu mələyi” Sevinc Osmanqızı arasında kommunikasiya xətləri....
Və ya AXCP sədrinin "Osmanqızı TV"-yə qarşı "pambıqla baş kəsmək" planı...
Dünənə qədər gecə-gündüz "ingilis bayrağı" olan, ata qatili "yanlar"ın müdafiəsinə qalxan "Osmanqızı TV" kanalının rəhbəri Sevinc Osmanqızı ilə AXCP sədri Əli Kərimli arasında yaşanan son günlər günün əsas mövzusuna dönüb, daha doğrusu "qara pişik" məsəli. Satqın satqının yanında olar. Bu, o kəslərdir ki, nəinki "müxalifət" olduqları gündən, deyərdim ki, dünyaya gəldikləri gündən. Həm də belələrinin çörəyi dizləri üstə olar. Görünür, ermənidən gələn "tula payları" az olub. Və ölkəmizdəki radikal müxalifətlə bu düşərgənin xaricdəki uzantılarının arasından keçən "qara pişik" Əli Kərimli-Sevinc Osmanqızı savaşına start verib. Elə o gündən də Sevinc Osmanqızı Əli Kərimlini öz "kanal"ında yaş yuyub quru sərir, Əli Kərimli də trolları vasitəsilə Sevinc Osmanqızını hədələyir, onu linc etməklə qorxudur. Bax, budur bunların əqidəsizliyi, satqınçılığı, 5 qəpiyə bir-birilərini elə satırlar ki, heç bilmirlər nə vaxt başları qalmaqala düşdü.
Sevinc Osmanqızı: "Bu günə kimi Əli Kərimliyə nə etmişəmsə, səhv etmişəm"
Təəccüb etdim, S.Osmanqızında etdiyi səhvləri etiraf etmək "düşüncəsi" hardan? Məsələ anlaşılandır. Yəni onsuz da Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Əli Kərimlinin səhv yolda olduğunu, xəyanətkar mövqe sərgilədiyini, ermənipərəstlərin dili ilə danışdığını, ölkəmizə və xalqımıza qarşı aparılan kampaniyaların tərkib hissəsi kimi çıxış etdiyini dünən də deyirdi, bu gün də deyir. O zaman S.Osmanqızı dünənə kimi AXCP sədrinin "qoruyucu mələyi"nə çevrildiyiniz və mətbuat katibliyi etdiyiniz, xalqımıx Qələbə sevincini qeyd etmək üçün küçə yürüşünə çıxarkən gəncləri təxribata çağıran Əli Kərimlinin "müdafiəsinə" qalxaraq xalqımızı təhqir edərək "xalqşüvənlik etməsinlər" dediniz. Bir medalın iki üzü. Yəni dünənə kimi Əli Kərimlini ağızdolusu tərif edərək "göylərə qaldıran" Sevinc Osmanqızı bu gün AXCP sədrinin, onun partiyasının siyasi "manevr"lərini təftiş etməyə başlamağın... Əslində, hər dəfə olduğu kimi, bu dəfə də davanın "yorğan davası" olduğu şübhəsizdir. Yəni xaricin müxalifət düşərgəsinə göndərildiyi "maliyyə məsələsində" problem yaranıb, problem də həmişə olduğu kimi, bütün "pay"ları özü mənimsəmək.
Nəticədə ...
Sevinc Osmanqızı Əli Kərimlinin "OsmanqızıTV" kanalına ayaq basmağı bir tərəfə, tərəflər arasındakı düşmənlik o həddə çatıb ki, S.Osmanqızı nəinki üstüörtülü, elə açıq kontekstdə də Əli Kərimlinin və rəhbərlik etdiyi partiyanın heç bir gücə sahib olmadığını rahat şəkildə açıq-aydın bildirərək, onu digər ölkələrdəki "müxalifət"lərlə müqayisə edir, savadsız, səviyyəçsiz, satqın olduğunu və sosial şəbəkələrdə boş-boş danışmaqda günahlandırır. Osmanqızı onu da etiraf edir ki, Əli Kərimli ona qarşı miqyasıölçülməz kampaniya başlayıb. Ancaq S.Osmanqızı da sosial şəbəkə qruplarında bəlli olan, olmayan bütün məziyyətlərini, "əziyyətlərini" aləmlə bir edib. Necə deyərlər, açıb sandığı, töküb pambığı. İndi bu sandıqdan çıxan pambıqla kim-kimin qəsdinə duraraq başını pambıqla kəsəcək, bunu da zaman göstərəcək...
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB