Erməni TK: "Xalq bu cür müxalifətin arxasınca getməyəcək" Sistemli məğlubiyyət?

"Yeni lider lazımdır, ölkənin inkişafı üçün tamamilə başqa cür düşüncə və ideyaları ilə". SİA xəbər verir ki, bu barədə erməni teleqram kanalları (TK) yazırlar.

Bildirilir ki, əgər bugünkü müxalifətdə Vanetsyan, Respublika partiyası və minimum 15 il xalqı yoxsulluq, ədalətsizliklə əzab verənlər də oradadırsa, bu zaman belə müxalifətdən ümumiyyətlə danışmağa dəyməz.

TK-lar yazır ki, müxalifətə ermənilərə tərəfdar olan adam lazımdır.

"Keçirilən mitinqlərdə bir kəlmə də olsa Ermənistanın suveren, müstəqil, güclü, yeni partnyorlarının, əməkdaşlıqlarının olacağı barədə danışılmadı. Sıfır şans var, çünki ideyalar da sıfırdır. Hazırkı müxalifət ölkəni 30 il keçilən yolla aparmaq istəyir ki, bu yolda məğlubiyyətə uğrayaraq dalana dirəndik, hansı ki, tunelin sonunda işığın olmayacağını da bilirdik. Ancaq buna baxmayaraq, xalqımızı orada tələyə salmağa çalışırlar", deyə fikirdə qeyd edilir.

"Xalqımız nəhayət ki, səhvləri üzərindən nəticə çıxarmalıdır! Və indi də Nikoldan və başqalarından da danışmayın, məğlubiyyətimiz sistemli məğlubiyyətdir. Yeni liderlər gözləyirik", deyə teleqram kanalı yazır.

Mənbə: "Mısli armyanina" TK.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...