Afrika Birliyi nəzdindəki Afrika Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzi təcrübəli mütəxəssisləri əvvəllər Ebola epidemiyasının elan edildiyi Qvineyaya göndərməyə qərar verib. SİA xəbər verir ki, bu barədə RİA Novosti təşkilatın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Qvineya Səhiyyə Nazirliyi 14 Fevralda ölkənin cənub-qərbindəki Queke subprefekturasında Ebola epidemiyasının başlandığı barədə xəbərdar edib. Yerli səlahiyyətlilər təsdiq edirlər ki, tədbirlər ölkədə dörd Ebola ölümü aşkarlandıqdan sonra görülməyə başlanılıb.
"Afrika Birliyi Komissiyasına epidemiya barədə məlumat verilib və bütün Afrika Birliyi qurumlarına hərtərəfli dəstək verməyə hazırdır. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi Qvineya Respublikası Hökuməti ilə əməkdaşlığa davam edəcək və yaxın 48 saatda təcili müdaxilə mütəxəssisləri qrupunu göndərmək üçün hazırlaşır", deyə mətbuat xidməti bildirib.
Üstəlik Afrika Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzi, Qərbi Afrika Səhiyyə Təşkilatı ilə birlikdə Qvineya və qonşu əyalətlərdə alınan tədbirləri daha yaxşı əlaqələndirmək üçün təcili olaraq mütəxəssislər toplantısı çağıracaq.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2016-cı ildən bəri ilk dəfə Qvineyada üç Ebola infeksiyası hadisəsinin aşkarlandığına aydınlıq gətirib. Xəstəliyin ilk qurbanının 28 yanvarda vəfat edən bir tibb bacısı olduğu düşünülür. Onun dəfn edildiyindən sonra da altı nəfərdə hərarətə bənzər simptomlar aşkar edilib. Onlardan ikisi ölüb, dörd nəfər isə xəstəxanaya aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB