"Cəbrayılda gördüklərimiz insanlıqdan kənardır, əsl vəhşilikdir" Erkan Özoral
"Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayılda da eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır".
SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib.
"Şəhəri yerləbir etdiklərini, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq. Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir. Bütün bunların hesabı mütləq verilməlidir", - deyə Erkan Özoral qeyd edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB