Ermənilər kütləvi şəkildə Rusiyaya qaçır: bilet qıtlığı FOTO

Ermənilər kütləvi şəkildə Rusiyaya qaçır: bilet qıtlığı FOTO

Ermənistandan Rusiyanın müxtəlif şəhərlərinə uçmaq istəyən ermənilərin sayı o qədər artıb ki, artıq təyyarəyə bilet tapmaq müşkülə çevrilib. SİA xəbər verir ki, bu barədə yazan erməni KİV-lərinin məlumatına görə, biletlərin əksər çoxluğu geriyə qayıdış olmadan alınıb.

"Sputnik Armeniya" isə yazır ki, eyni zamanda bilet qıtlığı yaranıb və o cümlədən, biletlərin qiymətləri də astronomik həddə çatıb. Məsələ burasındadır ki, Rusiya bu gündən, yəni fevralın 1-dən etibarən öz sərhədlərini Ermənistan vətəndaşları üçün açıb. Rusiyaya getmək istəyənlərin sayı o qədər artıb ki, ermənilər hava limanlarında əlavə reyslərin açılmasını tələb edirlər.

Hazırda İrəvan-Moskva rsysinə olan birtərəfli biletin ən ucuz qiyməti 26 min 738 rus rublu, yaxud 346 ABŞ dolları qiymətinədir.

Digər tərəfdən, birbaşa resylər də qalmayıb və Moskvaya uçmaq istəyənlər yalnız Ristov-Donda eniş etmək şərti ilə öz istəklərinə çata bilərlər. Mənzərə Rusiyanın bütün şəhərlərinə olan uçuşlarda müşahidə eidlməkdədir.

Erməni teleqram kanalları isə yazır ki, Rusiyanın müxtəlif şəhərlərinə satılan biletlərin demək olar ki, bütünü birtərəflidir və gedənlərin geriyə dönüşləri gözlənilmir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə