Belorus prezidenti Aleksandr Likaşenko bəyan edib ki, respublikada kimsədən qorxmur. SİA xəbər verir ki, bu haqda BelTA agentliyi yazır.
“Eşidin, siz bir vəziyyəti nəzərə almalısınız: mən öz ölkəmdə ümumiyyətlə heç kimdən qorxmuram”, deyə Likaşenko bildirib.
Onun dediyinə görə, Belorus dövlət universitetinin tələbələrinin onunla görüşmək istəklərinə görə verdiyi cavabı sevinclə qarşılanıb.
“Mənə bu barədə məlumat verilərkən mən “Hə, BDU-ya gedəcəyəm” dedim və Natalya İvanovna (Belorus parlamentinin yuxarı palatası) sevindi. O inanmırdı ki, baş verən hadisələrdən sonra mən ümumiyyətlə tələbələrlə görüşə gedəcəyəm”, deyə Lukaşenko bildirib.
Likaşenko əlavə edib ki, ölkəni dağıtmaq istəyənlət barədə eşidərkən, buna dərhal kəskin reaksiya verir. “Mən öz ölkəmi qoruyuram və heç kimdən qorxmuram, nə sizdən, nə də ölkədən bir qara qəpik də oğurlamamışam. Mənim yeganə hədəfim var – bu mənim ölkəmdir. Mən onun inşasına bütün həyat mənamı qoymuşam. Ona görə də dağıtmaq istəyənlərə dərhal reaksiya göstərirəm”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB