"Erməni ordusunun səviyyəsini qiymətləndirməyə qorxuram" ETİRAF

"Erməni ordusunun səviyyəsini qiymətləndirməyə qorxuram" ETİRAF

“Bu gün təhlükə Qarabağdakı və diaspordakı bütün ermənilərin başları üzərinə qalmaqdadır. Əgər onların vətənləri olmazsa, onda erməni diasporunun təhlükəsizliyi də təhlükə altına düşəcək”. SİA xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin sabiq rəisi, general-polkovnik Movses Akopyan NEWS.am-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ordunu gücləndirmək üçün vəziyyəti dəyərləndirmək lazımdır. “Ermənistan sərhədlərinin mühafizəsinin səviyyəsini qiymətləndirməyə qorxuram, ancaq ordunu gücləndirməyə heç nə mane olmur. Bunu elə indi də etmək mümkündür”, deyə erməni general-polkovnik əlavə edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə