Araik Nikolla gizli danışır və Qarabağda qapalı görüşlər keçirir ANALITIK
Üzdəki proseslər populist şüarlar, revanşizm və təxribattörətmə aksiyaları kimi görünsə də, gerçəklikdə "dqr" adlı saxta, qurama bir qurumun son nəfəs verdiyini proqnozlaşdırmaq kifayət qədər mümkündür
"Nikol Paşinyanla Araik Arutunyan nə etməyə hazırlaşırlar? Söhbət hansı "çətin həlldən" gedir? Artıq neçə gündür ki, "artsaxlılar" (dırnaqlar bizimdir – R.R.) özlərinin və yaxınlarının gələcəklərindən narahat olmaqda, aktiv şəkildə sosial şəbəkələrdə bir-birini birləşməyə, fəaliyyət göstərməyə çağırmaqdadırlar". SİA xəbər verir ki, bu barədə ArmVoice teleqram kanalında yazılıb və ehtimal olunur ki, Qarabağ erməniləri yenidən təlaşlanmağa, Qarabağ torpaqlarının həqiqi sahiblərinin geri dönəcəkləri faktorunun günü-gündən artması reallığından qorxmağa başlayıblar.
Böyük sülh sazişi imzalanmayıb və hər şey hər an dəyişə bilər!
Hətta Rusiya sülhməramlıları faktoru belə, onlar üçün birmənalı xilas mənbəyi hesab olunmur. Misal üçün, Ermənistandan Qarabağa yalnız Qarabağ mənşəli ermənilərin gətirilmələri deyil, eyni zamanda, Livan, İraq, Suriya ermənilərinin də gətirilməsi faktı da onları bu qorxudan qurtarmır. Çünki onlar anlayırlar ki, Azərbaycan dövləti əsla bu torpaqların, əsasən də Xankəndinin və s. nəzarəti altında olmayan bəlli ərazilərin bundan sonra daha bir neçə illər ərzində başqalarının, yəni ermənilərin əlində qalması faktı ilə barışmayacaq. O cümlədən, böyük sülh sazişi imzalanmayıb və hər şey hər an dəyişə bilər!
Digər tərəfdən, fakt budur ki, imzalanmış üçtərəfli bəyanatda açıq-aydın göstərilir ki, Rysiya sülhməramlıları bölgəyə daxil olan gündən başlayaraq bütün erməni silahlıları bu əraziləri tərk etməlidirlər, separatçıların saxta bayraqları endirilməlidir, bütün dövlət orqanları birbaşa Azərbaycan dövlətinin yuruduksiyasına dövr edilməlidir.
168.am: "Araik Arutunyan insanlarla ictimaiyyətdən kənar görüşlər keçirir və oradakı adamlarla hansısa "çətin həllərdən" danışır"
Başqa yandan, Qarabağ ermənilərini çaşqınlığa salan daha bir məsələ mövcud olmayan "dqr"in saxta "prezidenti" Araik Arutunyanın bir tərəfdən "vəzifə təyinatları" aparması, "güc strukturları" - "daxili işlər nazirliyi", "təhlükəsizlik şurası" qurması, üstəlik, 30 il əvvəl Xankəndindəki doğma yurd-yuvalarından qaçqın düşmüş azərbaycanlıların geriyə qaytarılması prosesini istisna etməsi, eləcə də Qarabağın Azərbaycanın tərkibində heç vaxt statusa malik olmaması barədə sərsəmləməsi, digər tərəfdən isə ikinci Qarabağ müharibəsində uğradıqları sarsıdıcı məğlubiyyətin əsas baiskarı – Ermənistanın baş naziri Nikol Paşinyanla gizli görüşlər keçirməsidir. Məhz bu kimi bir-birini vuran iki amil arasında çaş-baş qarabağlı ermənilər proseslərin necə və hansı məcrada getdiyi üzərində başlarını sındırsalar da, yekdil nəticəyə gələ bilmirlər.
Bu baxımdan, adıçəkilən erməni kanalı yazır: "Buna səbəb "artsax"ın "prezidenti" Araik Arutunyanın "stepanakertdə" və "artsaxın" digər rayonlarında qapalı görüşlər keçirməsidir. İş ondadır ki, 168.am-ın məlumatlarına görə, Araik Arutunyan insanlarla ictimaiyyətdən kənar görüşlər keçirir və oradakı adamlarla hansısa "çətin həllərdən" danışır və deyir ki, "xalqın" qərarını öyrənmədən heç nəyə imza (halbuki onun imzasının, ümumiyyətlə, heç bir qüvvəsi olmayıb və yoxdur – R.R.) atmayacaq. Bir sözlə, Araik Arutunyan "artsax xalqının" necə köklənməsini və hansı "inam resursuna" malik omasını öyrənməyə çalışır".
Araik və onun quldur, terrorçu komandası da əslində yaxşı bilirlər ki, vəziyyət heç də onların xeyirlərinə doğru inkişaf etmir
Məhz bu məlumatdan təxmini nəticələr çıxara bilməklə həm də belə bir fikir yürüdə bilərik ki, son vaxtlar ritorik bəyanatlar səsləndirən Araik və onun quldur, terrorçu komandası da, əslində yaxşı bilirlər ki, vəziyyət heç də onların xeyirlərinə doğru inkişaf etmir və son zamanlar gizli, qapalı görüşlər keçirməsi, həmçinin Paşinyanla gizli məsləhətləşmələri də Arutunyanın hər hansı bir nəticəyə gəlməkdə zorluq çəkdiyini sərgiləməkdədir. Hər halda, üzdəki proseslər populist şüarlar, revanşizm və təxribattörətmə aksiyaları kimi görünsə də, gerçəklikdə "dqr" adlı saxta, qurama bir qurumun son nəfəs verdiyini proqnozlaşdırmaq kifayət qədər mümkündür. Necə deyərlər, yaşayarıq, görərik...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB