Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə "Eurovision 2011" mahnı müsabiqəsindəki qələbə münasibəti ilə təbrik məktubu göndərib. Məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.
"Əziz qardaşım,
hörmətli Prezident İlham Əliyev, 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf
şəhərində keçirilən 56-cı "Eurovision" mahnı müsabiqəsində dost və
qardaş Azərbaycanın birinci olmasından böyük sevinc hissi duyduq. Azərbaycanın
bu uğuru Türk xalqını da həddən ziyadə məmnun etmişdir. Zati-aliləri, Sizin
şəxsinizdə Azərbaycanı bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu
münasibətlə Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, dost və qardaş
Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram", - təbrik məktubunda
deyilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB