Naxçıvan nümayəndəliyinin rəhbəri Əfqanıstan səfiri ilə görüşüb - FOTOLAR

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunla görüşüb. SİA xəbər verir ki, Görüşdə iki dost və qardaş ölkə arasındakı münasibətlər, regional proseslər, tranzit imkanları, Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələr,rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə