Antonio Quterres: “Ali Komissarlıq nə Dağlıq Qarabağda, nə də işğal olunmuş ətraf ərazilərdə heç bir iş aparmir” - MÖVQE
"Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər dünyada analoqu olmayan fəaliyyətdir". SİA-nın xəbərinə görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib. Ali Komissar qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan sonra da qurum Azərbaycana əlindən gələn yardımı etmək niyyətindədir. A.Quterres həmçinin Ali Komissarlığın Dağlıq Qarabağda fəaliyyət göstərməsi barədə iddiaları rədd edib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət qəbuledilməzdir. Eyni zamanda Ali Komissarlıq nə Dağlıq Qarabağda, nə də ətraf işğal olunmuş ərazilərdə heç bir iş aparmir".
Ali Komissarlığın Ermənistandakı qaçqınlara ev tikilməsi üçün donorlara müraciət etdiyini açıqlayan Antonio Quterres bunu Ermənistanın maliyyə ehtiyatlarının məhdudluğu ilə əlaqələndirib: "Ermənistanda ağır vəziyyətdə yaşayan erməni qaçqınları üçün 1200 ev tikilməsi məqsədilə donorlara müraciət edib. Bizim öhdəliyimiz bu vəziyyətdə olan insanlara kömək etməkdir. Azərbaycan hökumətinin bu sahədə gördüyü işlər bizim köməyimiə ehtiyac yeri qoymur. Ermənistan hökumətinin isə belə resusurları yoxdur\".
Eyni zamanda mətbuat konfransında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB