Aleksandr Lukaşenko: “KTMT-də nə deyirlərsə, desinlər, Azərbaycan çətin anda bizə arxa olub”

Aleksandr Lukaşenko: “KTMT-də nə deyirlərsə, desinlər, Azərbaycan çətin anda bizə arxa olub”

"Azərbaycanla münasibətlərimizə nə deyirlər, desinlər, çətin anda bizə dayaq olan ölkənizə borcluyuq". SİA-nın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşü zamanı deyib. O, bildirib ki, ölkələrimiz arasında münasibətlərin əsasını mehriban dostluq hissləri təşkil edir: "Sizi qəbul etməyə bilməzdim. Ağır anlarda verdiyi dəstəyə görə Azərbaycana minnətdaram. Siz bizə çox kömək etdiniz. Bizim müstəqilliyimiz və suverenliyimiz bu gün enerji daşıyıcılarından, xammal və materiallardan çox asılıdır, iqtisadiyyatımız belədir. Və siz biz kömək oldunuz, ötən il də həmçinin. Biz bu gün yüksək keyfiyyətli Azərbaycan neftini emal edirik. Venesuela kimi sizə də bizim müstəqilliyimizi müdafiə və xilas etdiniz. Buna görə sizə səmimi qəlbdən minnətdarıq".

Prezident qeyd edib ki, dövlətlər arasında mövcud olan münasibətlərdə qapalı heç nə yoxdur: "Azərbaycanla münasibətlərimizə dair o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında nə deyirlərsə, desinlər, siz çətin anda bizə arxa olmusunuz, biz buna xeyirxahlıqla cavab verməyə borcluyuq. Prezident İlham Əliyevə çatdırın ki, Bakıya səfərim zamanı əldə olunan razılaşmalara sadiq qalacağıq. Biz sizə azarkeşlik edirik. İqtisadiyyatınızdakı inkişafdan başlayaraq "Eurovision"da iştirakınıza qədər. Azərbaycanın "Eurovision"da qələbəsi ölkənizin yüksən mədəniyyətə malik olmasının nümunəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə