Ali Baş Komandanın xalqa bəxş etdiyi Qarabağ Azərbaycandır! - 2020-ci il

Ali Baş Komandanın xalqa bəxş etdiyi Qarabağ Azərbaycandır! - 2020-ci il

Prezident İlham Əliyev: "Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi - "Qarabağ Azərbaycandır və nida"

Bu gün 2020-ci ilin son ayının son günlərini yaşayırıq. Azərbaycan hər sahədə uğurlara nail olsa da, ürəyimizdə qübar edən bir problemimiz – düşmən işğalıqda olan Qarabağımızın niskili var idi. 30 ilə yaxın idi ki, dilimizdən düşməyən gün o gün olsun ki... arzusu ilə yaşayırdıq. İllər idi ki, dilimizdən düşməyən istək, alqış, xəyal...İllər idi ki, həsrətində olduğumuz, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşamışıq...Nəhayət sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı.

QARABAĞ MÜNAQİŞƏSİNƏ XALQIMIZIN ZƏFƏRİ İLƏ NİDASI QOYULDU

30 illik həsrətə düz 44 gün ərzində Qarabağ münaqişəsinə Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının diplomatik siyasəti və rəhbərliyi ilə "İRƏLİ!" göstərişi ilə güclü Ordumuzun, Müzəffər əsgər və zabitlərimizin rəşadəti ilə Qarabağ Azərbaycandır! nidasını qoydu. Dövlət başçımız İlham Əliyev cənabları çıxışlarında da dönə-dönə vurğulayır ki, bu Qələbə Azərbaycan Ordusunun gücünü göstərdi: "Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz".

Bəli, bu gün 30 illiyk həsrətə 44 gün ərzində son qoymasının əsas amili - XALQ-İQTİDAR-ORDU birliyinin, Ali Baş Komandanımız İlham Əliyev cənablarının son 17 illik prezidentlik fəaliyyəti müddətində ordumuza daima diqqət və qayğısının, dəmir yumruğunun nəticəsidir. Dövlətimizin başçısının dediyi kimi: 2Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi".

Çünki dövlət başçımız İlham Əliyev cənablarının bütün çıxışlarında bildirib ki, biz haqq yolunda, öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq və bu haqq vuruşunda bizim xilaskar əsgərlərimiz şücaət göstərirlər: "Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür".

Göründüyü kimi, 2020-ci il nə qədər çətin keçsə də sonda Müzəffər ordumuz Qarabağ cəbhəsində tarix yazaraq, işğal altında olan torpaqlarımız işğaldan azad edilir və edilməkdədir. Dövlət başçımız İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız, 30 illik həsrətimizə son qoyulmağımız olub. Çünki Azərbaycan Ordusunun potensialı göz önündədir. Ulu Öndərin başlatdığı ordu quruculuğunu son 17 ildə yeni keyfiyyət mərhələsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasını uğurla təmin edib. Bunun nəticəsidir ki, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq Azərbaycanın təcrübəsini öyrənir. Bu gün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz regionun və dünyanın ən güclü 50 ordusu sırasına yüksəlib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: "Azərbaycan indi o dövlət deyilki, onun maraqlarını kimsə kənara qoya bilər".

Bəli, 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma "Dağlıq Qarabağ" probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazıldı. Və Azərbaycan 44 gündə son əsrlərin ən böyük zəfərini yaşayır və ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Vətən Müharibəsinin 44 gün ərzində "Qarabağ Azəbaycandır və QƏLƏBƏ NİDA"-sını qoyan və bununla da tariximizə ən parlaq səhifəsini yazmaqla bir daha sübut etdi ki, bu qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu haqqın qələbəsidir. Bu Azərbaycan xalqının qələbəsidir. Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən TARİXİ QƏLƏBƏSİDİR!

Azərbaycan xalqı alnıaçıq, böyük sevinc və qürurla 2021-ci ilə "kaş…la, gün o gün olsunla" getmir. 2021-ci ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməklə yanaşı Ali Baş Komandanımızın xalqına bəxş etdiyi Qarabağ Azərbaycandır! sevinci ilə gedir.

Bəli, son 17 il Prezidentlik fəaliyyəti ərzində Ali Baş Komandanımız "bir qarış torpağımızı belə heç kəsə verən deyilik" xəbərdarlığının bu gün Azərbaycan xalqı, bütün dünya bir daha gördü ki, Qarabağ Azərbaycandır!

"Qarabağ Azərbaycandır və nida» ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi", - deyən Müzəffər Ali Baş Komandan bu gün apardığı uğurlu, diplomatik siyasəti ilə sübut etdi: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".

Bəli, xalqımız, bütün dünya dövlətləri və xalqları bir daha gördü ki, Azərbaycan bütün bu qələbələrə həmrəyliyi, XALQ-İQTİDAR birliyi ilə qazanıb və 2020-ci ilin 31 Dekabr Həmrəylik gününə Azərbaycan son əsrlərin ən böyük zəfərini qazanmaqla bu böyük sevinci yaşayır, 2021-ci ilə isə bir milyondan artıq soydaşlarımız "köçkün" damğası ilə getmir. Bəli, bir daha 2021-ci ildə doğma yurd-yuva həsrətindən danışılmayacaq.

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev dediyi kimi: "Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə