"Azərbaycan yeni müharibəyə hazır olmalıdır" ÖZƏL-ŞƏRH

"Azərbaycan yeni müharibəyə hazır olmalıdır" ÖZƏL-ŞƏRH

"Rusiya Laçın dəhlizi vasitəsilə növbəti Ermənistan silahlı qüvvələrinin bölmələrini Şuşanın ətraf kəndlərinə, Xocavənd və Ağdərədə yerləşdirir. Erməni hərbiçilər məhz Rusiya "Sülhməramlı" qüvvələrinin müşaiyəti ilə Laçın dəhlizindən keçərək Azərbaycan ərazisinə daxil olur. Göründüyü kimi Rusiya 10 noyabr üçtərəfli Bəyannamədə nəzərdə tutulan bəndləri pozaraq erməni silahlı birləşmələrini ərazidən çıxarmır, əksinə Ermənistandan yeni silahlı hərbiçilər gətirir. Rusiya bununla növbəti hərbi qarşıdurmanın körükləyir və erməniləri buna hazırlaşdırır. Dağlıq Qarabağda qondarma rejimin nümayəndəsi Vitaliy Balasanyan yeni təhlükəsizlik bölmələri və silahlı qüvvələr hazırlayacaqlarını vurğuldı. Bu, açıqlama birbaşa Rusiyanın mesajıdır və Moskvanın icazəsilə V. Balasanyan danışır". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Rusiya Ermənistandan yeni hərbi qüvvələrini gətirib Dağlıq Qarabağ ərazisində yerləşdirməklə, bir neçə planı var: "Birinci, Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına imkan verməmək. İkinci, Qarabağ münaqişəsini bir neçə ildən sonra yenidən qızışdırmaq. Üçüncü, Qarabağın statusunu açıq saxlamaq. Dörüdüncü, Azərbaycana təzyiq etmək. Beşinci, azərbaycanlıların nəzərdə tutulan Xankəndi və digər kəndlərə köçürülməsinin qarşısını almaq.

Göründüyü kimi Rusiya Ermənistan Silahlı Qüvvələrini bu ərazilərdə yerləşdirirsə, Xankəndində suverenliyimiz hansı əsasla olacaq. Dağlıq Qarabağda silahlı erməni qüvvələri olacaqsa, azərbaycanlı köçkünlərin Şuşanın erməni nəzarətində olan kəndlərinə və Xankəndinə qayıtması problemdir.

Rusiya Dağlıq Qarbağda nəzarət etdiyi ərazilərdə "sülhməramlı" missiya kimi xidmət etmir. Burada erməniləri müdafiə edir, hərbiləşdirir, Azərbaycanın bu ərazilərdə yuridiskiyasının gələcək perspektivdə tam qarşısını alır və növbəti silahlı qarşıdurma üçün erməniləri toparlayır.

Rusiyanın Dağlıq Qarabağda hərbiçiləri işğalçıdır və onlar sülhməramlı deyillər. Azərbaycan yeni müharibəyə hazır olmalı, Türkiyə ilə hərbi müttəfiq müqaviləsi bağlamalıdır. Qarabağda Türkiyənin hərbi bazası yardılmalıdır.

Rusiya Azərbaycanın iradəsinə zidd olaraq işğal və erməni terroruna lojistik dəstək verir. Azərbaycan xalqı bilməlidir ki, Rusiya Dağlıq Qarabağda sülhməramlı deyil, erməniləri silahlandırır və növbəti mərhələdə müharibəyə hazırlaşdırır. Bunun qarşısı indidən alınmalı, Azərbaycan artıq Xocavənd, Ağdərədə anti-terror əməliyyatları keçirib nəzarəti bərpa etməlidir. İndidən bu prosesin qarşısı alınmasa, yeni müharibə mümkündür.

Regionda ciddi geosiyasi dəyişiklər gedir. Rusiya və Türkiyə əlaqələri bir müddətdən sonra pozulacaq. Bu da Rusiyanın Dağlıq Qarabağda erməni terrorunu tətiklənməsinə rəvac verəcək. Ona görədə hərəkət keçmək zamınıdır.

Rusiyanın bu siyasəti uğurlu olmayacaq. Azərbaycan başlatdığı qələbəni sona kimi aparacaq.Rusiyaya qarşı növbəti ilədn ağır sanskiyalar tətbiq ediləcək. Ermənistan da Nikol Paşinyan hakimiyyətdə qalarsa, bu ölkədən Rusiyanın çıxarılması üçün yei bir siyasi mərhələyə başlayacaq. ABŞ -da Rusiyanın Dağlıq Qarabağdan çıxması üçün yeni bir siyasi prosesə start verə bilər. Məhz ona görə də Rusiya ABŞ mesaj verir ki. Dağlıq Qarabağın statusunu müzakirə edək. Amma, ABŞ buna getməyəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə