Valyuta ajiotajı: benzin və sıxılmış qaz bahalaşdı Ermənistanda

Valyuta ajiotajı: benzin və sıxılmış qaz bahalaşdı Ermənistanda

Ermənistanda valyutaya yaranan ajiotaj səbəbindən dolların kursu, idxal malları, eləcə də yanacaq bahalaşıb. SİA xəbər verir ki, bu haqda Sputnik Armeniya yazır.

Qeyd olunur ki, benzin və sıxılmış qaz bahalaşıb və yanacaqdoldurma məntəqələrində benzinə qoyulan qiymət bir neçə faiz artıb.

“İndi “tənzimləyici” benzinin 1 litrə olan qiyməti yanacaqdoldurma məntəqələrində 70 sentdən artıqdır. Sıxılmış qaz da bahalaşıb”, deyə məlumatda bildirilir.

Xəbərdə taksi sürücülərinin gediş qiymətlərini iki dəfə artırdıqları da qeyd olunur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə