XX əsrin 2-ci yarısında: Heydər Əliyev Qarabağı necə ermənisizləşdirirdi? - ANALİZ

XX əsrin 2-ci yarısında: Heydər Əliyev Qarabağı necə ermənisizləşdirirdi? - ANALİZ

Ötən yazımızda ermənilərin Ümumittifaq miqyasında qaldırmaları və Azərbaycan rəhbəri Bağırovun cavabından və tələblərindən sonra Stalinin məsələyə nöqtə qoymasını qeyd etmişdik. Bundan sonra 20 il bu məsələni qaldıra bilmədilər. Lakin ermənilər Dağlıq Qarabağ ilə bağlı separatçılıq fəaliyyətindən əl çəkmirdilər. 1965-ci və 1977-ci ildə Ermənistanla Qarabağı birləşdirmək çağırışı ilə İrəvanda böyük nümayişlər keçirilmişdi.1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin "imzaladığı" petisiya Moskvaya təqdim edilmiş, bunun əsasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyi Ermənistan və Azərbaycana bu barədə məsələ hazırlamağı tapşırmışdı.

Erməni separatçıları belə hesab edirlər ki, buna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə onun cəsarətli və qətiyyətli mövqeyi sayəsində ermənilərin separatçılıq təşəbbüsləri və bu niyyətlə Mərkəzdə göstərdikləri "fəaliyyət" uzun müddət heç bir nəticə vermədi. SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbulu zamanı da ermənilər eyni inadla bu problemi ortaya atmağa çalışdılar. Lakin bu dəfə də heç nəyə nail ola bilmədilər. H.Əliyevin qətiyyəti sayəsində onun Azərbaycana rəhbəri (1969-1982) və SSRİ rəhbərlərindən biri olduğu dövrdə (1982-1987) erməni separatçılarının niyyətlərinin canlanmasına yol verilmədi.

1984-cü ildə İrəvanda Z.Balayanın "Ocaq" kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırdı. Bu əhval-ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi "aşkarlıq və yenidənqurma" şəraitində böyük dəstək qazandı və yeni mərhələyə qədəm qoydu. Qorbaçovdan hərtərəfli dəstək alan erməni separatçıları 1988-ci ildən etibarək prosesi aktiv fazaya keçirdilər.

1987-ci ilin oktyabrın əvvəlində Yerevanda ekologiyaya həsr olunmuş mitinqdə DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə tələb səslənməyə başladı. Yerli mətbuat Azərbaycan rəhbərliyini bölgə iqtisadiyyatını gerilətməkdə, erməni mədəniyyətini sıxışdırılmaqda və Dağlıq Qarabağla Ermənistan arasında əlaqələri əngəllətməkdə ittiham etdi. Dağlıq Qarabağ və Ermənistanda muxtar vilayət statusunun dəyişdirilməsi üçün 75 minə yaxın imza toplanmışdı. 1987-ci il dekabrın 1-də yazıçı Zori Balayan başda olmaqla heyət Dağlıq Qarabağın tarixi və müasir durumuna dair imzalar atılmış vərəqələr və 84 sənədi görüş zamanı Politbüro üzvlüyünə namizəd Petr Demiçevə təqdim etmişdir.

DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Azərbaycanlı deputatlar səsvermədə iştirak etmədi. 24 fevralda DQMV partiya komitəsinin katibi Azərbaycanın mövqeyini müdafiə edən Boris Kevorov qəbul olunmuş qərarın təsdiqlənməsi üçün tələb olunan rəsmi möhürü oğurlamağa cəhd etmişdi. Fevralın 24-də Kevorkov vəzifəsindən kənarlaşdırılaraq yerinə əhali arasında daha populyar olan Qenrix Poqosyan təyin olundu.

Qarabağ erməni liderləri regionda nə erməni dilində dərsliklərin, nə də televiziya yayımın olmamasından şikayət edərək, Azərbaycanın Kommunist Partiyasının baş katibi Heydər Əliyevi regionun geniş "Azərbaycanlaşdırma" cəhdində, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayının və təsirinin artırılmasında ittiham etmişdilər. 1988-ci ilə kimi, Qarabağda erməni əhalisi ümumi əhali ilə müqayisədə təxminən 3/4 dəfə azalmışdı. 1988-ci ilin həmin fevral günlərində Sovet rəhbərləri birdən gördülər ki, vəziyyət gərginləşməyə doğru gedir. Kommunist partiyasının daxilində açıq mübarizə gedirdi, Moskva rəhbərliyi üsyançıları vərdiş etdiyi gücün işlədilməsilə yatıra bilməyəcəyi qənaətinə gəldi. Qorbaçovsayağı dözümlülük prinsipini praktikada tətbiq etmiş Politbüro, Azərbaycan kompartiyası liderlərinə elan etdi ki, onlar münaqişəni yatırmaq üçün gücdən yox, yalnız "partiya xəttinə uyğun" inandırmaq kimi metoddan istifadə etməlidir.

Bu hərəkata məşhur erməni xadimləri rəhbərlik edirdilər və onlar Rusiyada ziyalılar da dəstək verirdi. Jurnalist Tomas de Vaal qeyd edir ki, dissident Andrey Saxarov kimi bəzi Rusiya ziyalıları erməniləri dəstəkləyirdilər. Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Abel Aqanbekyan Parisdə "L’Humanite" qəzetinə verdiyi müsahibəsində, DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etmişdi.

Bəyanatın elanından əvvəl ermənilər etiraza başlayaraq, İrəvanda işçilər nümayişlər edib, anklavın Ermənistana birləşməsini tələb edirdilər. Bu Bakıda əks etirazlara səbəb oldu. İrəvanda nümayişlərdən sonra, 1988-ci il fevralın 26-da Qorbaçov Qarabağ hərəkatının iki rəhbəri olan Zori Balayan və Silva Kaputikyan ilə görüşdü. Qorbaçov onlardan nümayişlərə görə bir aylıq moratorium istədi.

Qorbaçov konkret vəd etməsə də, Kaputikyan eyni axşam Ermənistana qayıtdı və xalq qarşısında çıxış edərək "ermənilər qələbə çaldı" deyə bildirdi. Svante Kornellə görə, bu Moskvaya təzyiq cəhdi idi. Martın 10-da Qorbaçov Sovet Konstitusiyasının 78-ci maddəsinə uyğun olaraq, respublikalar arasında sərhədlərin dəyişikliyinin mümkün olmadığını ifadə etdi. Qorbaçov Sovet İttifaqının bir sıra digər bölgələrində ərazi dəyişikliklər həsrətini və Qarabağda sərhədlərini yenidən çəkilməsini belə bir təhlükəli presedent olduğunu qeyd etdi. Lakin ermənilər hiddət ilə Kavburonun 1921-ci il qərarına baxırdı və onlar öz səylərini, öz müqəddəratını təyinetmə prinsipi ilə tarixi səhvin düzəlişi (konstitusiyada verilən haqq) kimi görürdülər. Digər tərəfdən, azərbaycanlılar ermənilərin belə çağırışlarını ağlasığmaz sayırdı və özlərini Qorbaçovun mövqeyi ilə bərabərləşdirdi.

Erməni nümayişlərinin 7-ci günündə, 1988-ci il fevralın 19-da Bakıda ilk etiraz nümayişi keçirildi. Hadisələr başlayan zaman, tarixçi Süleyman Əliyarlı və şair Bəxtiyar Vahabzadə ilə birlikdə 1988-ci ildə "Azərbaycan" jurnalının 9-cu sayında dərc etdirdikləri "Dağlıq Qarabağ – uydurmalar və həqiqətlər" yazısında, Qarabağın tarixən Azərbaycan torpağı olduğunu bəyan etmişdi.

Mixail Qorbaçov isə tərəddüd edirdi, öz mövqeyini 1988-ci il fevralın 26-da erməni yazıçıları Silva Kaputikyan və Zori Balayanla söhbətdə bildirdi. O dedi ki, statusun dəyişdirilməsi olmayacaq, lakin vilayətin sakinlərinin qanuni tələbləri iqtisadiyyat və mədəniyyət sahəsində islahatlar keçirilməklə yerinə yetirilməlidir.

1988-ci il martın 23-də Sovet İttifaqının Ali Soveti ermənilərin Ermənistanla Dağlıq Qarabağla birləşmə tələblərini rədd etdi. İrəvanda qərarın etiraz qarşısını almaq üçün qoşunlar göndərildi. Qorbaçovun cəhdləri boşuna idi- hər iki tərəf bərabər olaraq barışmaz qaldı. Ermənistanda Naxçıvan bölgəsində baş verən hadisələrinin Dağlıq Qarabağda təkrar olunacağı barədə möhkəm inam var idi: SSRİ qurulmazdan əvvəl, orada əhalinin 40%-i erməni idi, lakin 1980-cı illərdə erməni əhalisi faktiki olaraq qeyri-mövcud idi. 1989-cu il dekabrın 1-də Ermənistanın Ali Soveti Moskvanın kursuna zidd olaraq dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsini rəsmən dəstəklədi.

Qorbaçov tərəfindən kompromisə baxmayaraq, ermənilər məsələni sakitləşmək üçün təkliflərdən imtina etdilər. Kompromisə 400 milyon rubl paketlik erməni dilində dərslik və Qarabağda televiziya verilişləri daxil idi. Eyni zamanda, Azərbaycan Ermənistana hər hansı bir ərazini güzəştə getməyin əleyhinə idi.

1988-ci il dekabrın 7-də Spitak zəlzələsində 25 min nəfər həlak olmuşdu və Spitak və Leninakan (hazırkı Gümrü) şəhərləri darmadağın olduğuna görə, Ermənistanda Qarabağın köçürülmə çağırışları bir az azaldı. İttifaq rəhbərliyi tərəfindən yeni formalaşan Qarabağ Komitəsinin 11 üzvünün, o cümlədən Ermənistanın gələcək prezidenti Levon Ter-Petrosyanın həbsindən sonra münaqişə yenidən qızışdı. Belə hadisələr Ermənistan və Moskva arasında münasibətləri soyuqlaşdırdı: ermənilər Qorbaçova inamını onun Dağlıq Qarabağ üzrə barışmaz mövqesinə görə itirmişdi.

Ermənilərin iddia etdiyi Sumqayıt "poqrom"larından sonra məcburi əhali mübadiləsi baş tutdu: Azərbaycanda yaşayan ermənilər və Ermənistanda yaşayan azərbaycanlılar evlərini tərk etmək məcburiyyətində qalmışdı.

1988-ci ilin sonlarında Ermənistanda yüzlərlə kənd 200 mindən çox azərbaycanlı və müsəlman kürdlərin qovulması səbəbindən boş idi. Müsəlman kürdlər ermənilərə qarşı silahlı münaqişəyə qoşulmasalar da, erməni işğalı altında olan ərazilərdən qovulmuşdular…

Davamı olacaq

Altay

Yazıda Elmlər Akademiyasının Tarix İnstitutunun materiallarından istifadə edilmişdir

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə