ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Tramp öz müşavirlərinə bildirib ki, seçilmiş prezident Co Baydenin inaqurasiya günü Ağ evi tərk etmək niyyətində deyil. SİA xəbər verir ki, bu haqda CNN bildirib.
Telekanal bundan əvvəl qeyd etmişdi ki, Tramp seçicilər kollegiyasının səsverməsindən sonra Birləşmiş Ştatların liderliyi uğrundakı mübarizəsində aldığı məğlubiyyətini publik şəkildə etiraf etməyəcək.
CNN-nin məlumatına görə, respublikaçı prezident müşavirlərinə bildirib ki, inaqurasiya günündə, hətta onu pilləkənlərlə aşağıya endirməyə cəhd göstərsələr belə Ağ evi tərk etməyəcək.
Qeyd edilir ki, səslənən bəyanat onun müşavirlərini narahat edir, lakin bəziləri bunun baş verəcəyinə inanmırlar.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB