"Xankəndindəki terroçular Rusiya sülhməramlılarına arxayındır" ÖZƏL-MÜNASİBƏT
“Ermənistan siyasi rəhbərliyinin və Xankəndində terrorçu Araik Arutunyanın əsas planı Hadrutu geri almaqdır. Məhz bu məqsədlə Hadrut ətrafında meşəliklərə Turşsu istiqamətindən təchizat yığıb, hücum ediblər. Bir aydan artıq mühasirədə qalıb, soyuq və qida çatışmamazlıqdan onlar buranı tərk edə yaxud təslim ola bilərdilər”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Xankəndindəki terroçular Araik Arutunyan, Vitalı Balasanyan Rusiya sülhməramlı qüvvələrinə arxayın olub, Azərbaycan Ordusunun hücum etməyəcəyinin fərqindədirlər: “Onlara Rusiya sülhməramlı qüvvələri bu qədər dəstək verib ki, Hadrut əməliyyatlarına start veriblər. Bu, birbaşa imzalanmış bəyannəmənin pozulmasıdır. Azərbaycan adekvat əməliyyat nəticəsində iki kəndi və bir yüksəkliyə nəzarəti ələ alıb. Bundan sonra Ermənistan prezidenti Moskvaya müraciət edib. Onların bu uğursuzluğundan sonra, belə qəfil toparlanmaları və müraciətləri Hadrut planlarının pozulmasından irəli gəlir. Məqsəd Hadruta Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsidir. Bu prosesdən Moskva da məmnundur. Çünki Rusiya Dağlıq Qarabağda belə bir insdentlərin davam etməsində maraqlıdır ki, Qarabağda sülh və təhlükəsizlik təmin edilməsin və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasın”.
Politoloq hesab edir ki, Türkiyə-Azərbaycan tandemi Rusiyanın bu planının qarşısını alacaq. Azərbaycan Prezidenti İlham Əliyev Minsk qrupu həmsədrlərinə diplomatik master-klassı bütün siyasi-hərbi üstünlüyün Azərbaycan tərəfində olduğunu nümayiş etdirdi: “Göründüyü kimi, Ermənistan prezidenti və Qarabağdakı separatçıların əsas fəaliyyəti Dağlıq Qarabağda münaqişəni davam etdirməkdir. Azərbaycan qəti şəkildə buradakı silahlı erməni birləşmələrinin çıxarılmasını tələb etməlidir. Əgər qalacaqsa, Rusiya onlardan istifadə edərək daima təhlükəsizliyi təhdid edəcək. Rusiya sülhməramlı qüvvələrinin son günlər qurduqları postlarında mühəndis istehkam işlərini davam etdirməsi məhz bu planın tərkib hissəsidir. Yoxsa, sülhməramlılar bu qədər güclü müdafiə sistemlərini necə qursunlarki?! Qeyd edim ki, ermənilərlə birgə yaşayış və azərbaycanlıların bu ərazilərə köçürülməsində Rusiya da maraqlı görünmür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB