İtalyanlar fransızların Fəxri legion ordenlərini geri qaytarırlar Səbəbi var
İtaliya intellektualları, Fransanın layiq gördüyü Fərxri legion ordeninin sahibləri Misir prezidenti Abdul Fəttah əs-Sisinin Parisə səfəri zamanı ona da həmin ordenin verilməsi səbəbi ilə öz mükafatlarını geri qaytarırlar. SİA xəbər verir ki, bu haqda Euronews məlumat yayıb.
“Fəxri legion ordeni şərəfli mükafatdır... Napaleon onu orden olaraq ictimai həyatda və müharibədə göstərilən xidmətlərə görə təsis edib. Bax, indi soruşuram ki, axı əs-Sisi hansı addımı atıb ki, o, bu ordenə layiq görülüb?”, tanınmış italyan yazıçısı Korrado Audjias sual edib.
Telekanal qeyd edir ki, İtaliyanın Misir hökumətinə qarşı konkret pretenziyaları var: ötən gün Roma prokuraturası Misirin xüsusi xidmət əməkdaşlarını italiyalı aspirantın oğurlanaraq öldürülməsi ittihamını irəli sürüb. Aspirant 2016-cı ilin əvvəlində yoxa çıxıb. Sonra onun zorakılığa məruz qalmış meyiti aşkarlanıb. Həmin vaxt Qhirədən bəyan etmişdilər ki, aspirantı quldurlar qətlə yetiriblər və həmin quldurlar atışma nəticəsində öldürülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB