Gümrüdə baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlana məlumata istinadən xəbər verir ki, Gümrü sakinləri Sayat-Nova küçəsinin yolunu bağlayıblar və "Türklər qarşısında diz çökən" baş nazirin istefa etməsini tələb ediblə və hətta buna israr ediblər.
“Xain lider indi də Ermənistan Respublikasını qoruyub saxlaya bilməz. Tərk etməlidir ki, normal olaraq Rusiya, Minsk Qrupu və bütün dünya ilə danışıqlar apara bilən bir adam gələ bilsin. “Nikol olmadan Ermənistan, bizim tələbimizdir”, deyə etirazçılardan biri bəyan edib.
Onun sözlərinə görə, Rusiya prezidenti ən yüksək tribunadan müharibəni dayandırmağı Nikol Paşinyana təklif etdiyini bildirib, amma Ermənistanın baş naziri bu təklifi rədd edib.
“Niyə müharibəni dayandırmadı və 5000 nəfər öldü? Qurbanların ailələrinə cavab verə biləcəkmi? Bu utancvericidir", deyə aksiyaçı bildirib.
Şəhər sakinləri etiraz edərkən polis yolun hərəkət hissəsini açmağa və nəqliyyatın hərəkətini pozmamağa çağırıb.
“Əks təqdirdə, qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəkdir. Yolu açın", deyə erməni polisi vətəndaşları təhdid edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB