"Xarici investisiyalara ümid etməyə dəyməz" İveta Tonoyan

"Xarici investisiyalara ümid etməyə dəyməz" İveta Tonoyan

"İndiki hökumətin və hakimiyyətin dövründə xarici investisiyalar olmayacaq" SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının millət vəkili 11 dekabr tarixində Ermənistan Milli Məclisinin yığıncağının ardınca keçirilən ənənəvi brifinqlərdə bəyan edib.

Millət vəkili vurğulayıb ki, Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətdə olduğu hər gün yalnız mənfi iqtisadi nəticələrə deyil, eləcə də bir çox digər mənfi nəticələrə səbəb olur.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar tərəfindən Ermənistana qətiyyən inam yoxdur.

“Ermənistan iqtisadiyyatına investisiya qoyulmayacaq. Heç bir ölkə ölkənin hazırkı rəhbərliyinə maliyyə dəstəyi verməyəcək”, deyə Tonoyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə