Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik təsdiq edildi

Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik təsdiq edildi

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.

SİA xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.

Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiq edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə