“ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlir. Azərbaycan və Ermənistana gedib nəyi danışmaq, nə müzakirə edəcəklər özlərinə də maraqlıdır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistanla sərhəd məsələləri iki ölkə arasında həll edilir: “Minsk qrupunun kurasiyasında bu məsələ yoxdur. Qarabağla bağlı məsələyə gəldikdə isə, burada Ankara-Bakı və Moskva arasında format şəklində davam edir. İmzalanan bəyannamə var. Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə erməni hərbi birləşmələr çıxarılmalı, azərbaycanlılar geri qayıtmalıdır. Burada Minsk qrupunun hər hansı bir iş görəcəyi, prosesə töhfə verəcəyi mümkün deyil.
Çalışacaqlar ki, ermənilərə dəstək verilsin və silahlı erməni birləşmələri ərazidən çıxmasın. Ona görə də Azərbaycan artıq bu formata son verməlidir. Ermənistan Minsk qrupu davam etməsində ciddi maraqlıdır. Azərbaycan üçün bu məsələ bitməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB