Köçəryan baş nazir postunda kimi görmək istədi?

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan müvəqqəti və eləcə də baş nazir vəzifəsinə müxalifətin vahid namizədi Vazgen Manukyanı dəstəklədiyini açıqlayıb, çətin missiyasında ona uğurlar arzulayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə eks-prezident Kanal 5-ə verdiyi müsahibədə bəyan edib.

"Müxalifət qüvvələrinin bu qərarını alqışlayıram. Vazgen Manukyanın qarşısında duran çətin missiyanı yerinə yetirə biləcək şəxs olduğuna əminəm", deyə Köçəryan bildirib.

Köçəryan tərəfdarlarını mövcud hökumətin istefasına nail olmaq üçün bütün siyasi proseslərdə fəal iştirak etməyə çağırıb.

“Ölkənin bu çətin dövrü aşması üçün hamını bütün imkanlarından istifadə etməyə çalışacağam. Mən də kənarda qalmayacağam”, deyə Köçəryan əminliklə xalqa müraciət edib.

Xatırladaq ki, şənbə günü, yəni bu gün İrəvanda bir müxalifət mitinqi, ümummxalq mitinqi keçiriləcək və Manukyanın fəaliyyət proqramını təqdim etməsi gözlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə