İlhamlı sabahların təminatçısı - MÖVQE

"O, bütün cəhətlərinə görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir. Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcəkdir. Xalqımız fəxr edə bilər ki, onun Heydər Əliyev kimi böyük şəxsiyyəti var. Böyük şəxsiyyətin yaşamaq devizi belə idi: Taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, əqli və fiziki potensialını ana yurdu Azərbaycana həsr etmək! Dövlət və ictimai-siyasi fəaliyyətinin bütün mərhələlərində Heydər Əliyevin təşkilatçı-yenilikçi istedadı və bacarığı parlaq surətdə təzahür edib. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin bütün sahələrində proqram dəyişikliklərinin mükəmməl sistemini yaradıb və həyata keçirib. Azərbaycan üçün tamamilə yeni olan bir sıra xalq təsərrüfatı sahələrinin yaradılması, irimiqyaslı tikinti və sənayə obyektlərinin istifadəyə verilməsi, fundamental və tətbiqi elmlərin inkişafı sahəsindəki nəhəng sıçrayışlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin üzvü Ruslan Qasımov deyib.

O, söyləyib ki, xüsusən 70-80-ci illərdə böyük quruculuq və inkişaf mərhələsi keçmiş müasir Azərbaycanın bütün uğurları, qazandığı nailiyyətlər gənc yaşlarından xalqına xidmət yolunu tutmuş, həyatının uzun bir dövrünü Azərbaycana rəhbərlik etmiş və bu gün də Respublikamızı müstəqqillik yolu ilə irəliyə doğru aparan Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli Liderin böyüklüyü ilk növbədə onun minilliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları və yanğıları ilə sözün əsl mənasında əsl Azərbaycanlı idi. Bu böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli insan idi. Ümumilli Lider bütün ömrü və fəaliyyəti böyük xalqını özünə arxa seçib və özü də xalqına dayaq olub. Dillərdən düşməyən "Xalq-Heydər", "Heydər-Xalq" deyimi də məhz bu qırılmaz bağlılığın ən gözəl ifadəsidir".

R.Qasımov vurğulayıb ki, əminlikə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın uğurlarını gördükcə çox sevinir: "Onun memarı olduğu Dövlətimiz günü gündən çiçəklənir. İkinci Qarabağ müharibəsində qazanılan Böyük Zəfər onun qələmindən çıxmış uzaq görənlik siyasətinin nəticəsidir və bu uğurlu nəticəni də Azərbaycan xalqına yaşadan düzgün siyasi varis Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bu nəsihətlər və düzgün siyasət Azərbaycan Xalqına daha da xoş günlər bəxş edəcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var Heydər Əliyev də yetişən hər bir azərbaycanlı gəncin qəlbində var olacaq!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə