"Her yeri tuzaklamışlar! Ermenistan kalleşliği" "Türkiye" yazır

“Azərbaycan qarşısında tarixi bir məğlubiyyət alan Ermənistanın Qarabağ torpaqlarını tələlərlə doldurduğu bəlli olub”. SİA xəbər verir ki, bu barədə “Türkiye” nəşrinin xəbər bülletenində "Her yeri tuzaklamışlar! Ermenistan kalleşliği..." sərlöhvəli məlumatında yazılıb. Qardaş ölkənin mediasının yazdığına görə, erməni hərbçiləri yolları, körpüləri, binaları minalayıb və bu vasitə ilə özündən sonra ölüm saçan tələlər quraşdırıb.

Nəşr xatırladır ki, Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağda ərazi, yol və infrastrukturlardakı partlayıcıları təmizləmək üçün Ermənistanın paytaxtı İrəvana Beynəlxalq Minatəmizləmə Mərkəzindən 100-dən çox əsgər göndərib.

“Açıqlamaya görə, əsgər konvoyu İrəvan-Gorus-Xankəndi yolunu nəzarətə götürəcək və fəaliyyət göstərəcəkləri yerlərinə yerləşdikdən sonra mühəndis-kəşfiyyat işlərini aparacaq, əraziləri, yolları və s. yerləri minalardan təmizləyəcək”, yazan nəşr ən çox təsir qüvvəsi olan yerlərdə qalan partlayıcıları məhv edəcək.

Bildirilir ki, əsgərlərlə birlikdə “Uran-6” çoxfunksiyalı mina təmizləyən sistemlər, zirehli personal, eləcə də zirehli maşınlar fəaliyyət göstərəcəklər.

Sonda vurğulanır ki, artıq Türkiyə hərbçiləri də əldə olunmuş anlaşma sazişinə görə yaxın günlərdə Qarabağa daxil olacaq.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə