"Nikol, sən düz cəhənnəmə, özü də tək getməli olacaqsan" Hrant-Melik Şahnazaryan

"Nikol, sən düz cəhənnəmə, özü də tək getməli olacaqsan" Hrant-Melik Şahnazaryan

Politoloq Hrant-Melik Şahnazaryan baş nazir Nikol Paşinyanın ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün hazırladığı yol xəritəsinə münasibət bildirib. SİA armenianreport.com-a istinadən xəbər verir ki, politoloq bu barıdə öz Facebook səhifəsində yayımlayıb.

Məlumatda bildirilir ki, Şahnazaryan erməni baş nazirin “xəritəsini” şərh edərək, bunu utanmazlıq adlandrıb.
“Nikolun utanmazlığı, həyasızlığı sərhəd tanımır. Təslim müqaviləsini imzalamasından bir həftə keçib. Bu günə qədər bu hökumət vəziyyəti düzəltmək üçün heç bir addım atmayıb. Tamamilə əksinə, Ermənistan üçün bu fəlakətli məqamda belə, heç olmasa kiçik bir fürsət tapmağa çalışan hər kəsi təqib edib, həbs edib. İndi sanki yuxudan oyanan Nikol tərəddüd etmədən onu lənətləyən insanlara bir növ yol xəritəsi təklif edir.

Bu baş berməyəcək, Nikol! Sən və mən eyni bir yolda deyilik. Bir metr belə yolumuz eyni deyil. Sən düz cəhənnəmə, özü də tək getməli olacaqsan. Biz bu gecə saat 18:00-da Azadlıq Meydanında toplanacağıq. Toplanaraq bütün yalançılara və onların xain planlarına qətiyyətlə "yox" deyəcəyik", deyə Hrant-Melik Şahnazaryan öz sosial şəbəkə hesabında bir yazı paylaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə