"Vəziyyətə nəzarət etməyəndən rəhbər olmaz" Mikael Melkumyan

"Vəziyyətə nəzarət etməyəndən rəhbər olmaz" Mikael Melkumyan

“Çiçəklənən Ermənistan” fraksiyasından olan millət vəkilləri baş nazir Nikol Paşinyanı Qarabağ münaqişəsində günahlandıraraq istefasını tələb ediblər. SİA armenianreport-a istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasından olan millət vəkili Mikael Melkumyan bunu ölkə parlamentinin çərşənbə axşamı keçirilən iclasında söyləyib.

Millət vəkili ironik şəkildə qeyd edib ki, Ermənistan hakimiyyəti düşdüyü acınacaqlı vəziyyətlə əlaqədar strateji müttəfiqinə deyil, mücərrəd “bütün dünyaya” üz tutdu. “Əgər vəziyyəti idarə edə bilmirsizsə, rəhbərlik etməməlisiz”, deyə, Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək Melkumyan bildirib.

Öz növbəsində, onun fraksiyadakı həmkarı Naira Zohrabyan da qeyd edib ki, erməni baş nazirinin əlindən tutub onu uzaqlaşdırmaq gərəkir. “İndi Nikol Paşinyanın əlindən tutub hakimiyyətdən uzaqlaşdırmaq üçün tarixi bir fürsətimiz var. Bundan sonra Qarabağla bağlı üçtərəfli bəyanatda yer alan və Ermənistan Respublikasını narahat edən məsələləri, partlayışları zərərsizləşdirmək üçün Rusiya ilə əməkdaşlıq etmək lazımdır”, deyə Naira Zohrabyan bildirib.

Xatırladaq ki, müxalifət fraksiyaların da millət vəkilləri Ermənistanda hərbi vəziyyətin qaldırılmasını və daha sonra baş nazirə etimad verilməməsini tələb edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə